İsrail ordusu Qəzzada müxtəlif bölgələri bombalayb - Ölən və yaralananlar var

img

16-09-2024 [09:01]


İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu dəfə də hədəf alınanlar arasında Nusayrat Qaçqın Düşərgəsi var.

Bu barədə Fələstinin rəsmi WAFA xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail döyüş təyyarələri Qəzzanın mərkəzi hissələrini, o cümlədən Nusayrat Qaçqınlar Düşərgəsində Əbu Sərrar qovşağının ətrafındakı ərazini bombalayıb: "İlkin məlumata görə, ən azı 3 nəfər ölüb, 7 yaralı var. Bundan başqa, Cibaliya Qaçqınlar Düşərgəsində bir ev də vurulub, burada isə bir fələstinli ölüb, xeyli yaralı var".

Agentliyin digər məlumatına əsasən, Beyt Hanun qəsəbəsinə artilleriya hücumu nəticəsində 6 dinc sakin həlak olub: "Digər bölgələrə isə havadan zərbə endirilib və nəticədə azı 21 nəfər ölüb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:52 18.09.2024

Sabah yağış yağacaq