Mirhəsən Seyidov:“Bütün imkanlara rəğmən gənclər sülh barədə düşünürük”

img

11-07-2014 [15:40]


"Biz hələ də əlimizdə olan bütün imkanlara baxmayaraq, gənclər olaraq sülh haqqında düşünürük”.

AzNews.az xəbər verir ki, bunu "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov "Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyinin layihəsi olan "Regional münaqişələr və gənclərin sülh yaratma təşəbbüsləri” konfransının açılış mərasimində çıxış edərkən deyib.

Tədbirdə regional münaqişələr və gənclərin sülh təşəbbüsləri barədə məlumat verən Mirhəsən Seyidov dünyada baş verən regional münaqişələr, bu zəmində Azərbaycanın da iştirak etdiyi Dağlıq Qarabağ münaqişəsi, ölkə olaraq münaqişədən çəkilən zərərlər, qaçqın və məcburi köçkünlərimiz barədə danışıb, ümumilikdə Azərbaycan gənclərinin hər zaman sülh tərəfdarı olduğunu və mövcud imkanlara baxmayaraq, hələ də münaqişənin yalnız danışıqlar və sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb:

"Azərbaycan 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin acılarını yaşayır. Bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz var. Amma buna baxmayaraq, cənab Prezident İlham Əliyevin ölkədə apardığı siyasət nəticəsində biz gənclər hələ də sülh quruculuğu tərəfdarıyıq. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən "Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası həyata keçirilir. Bu kampaniya özü də bir daha sübut edir ki, Azərbaycan bölgədə sülhün tərəfdarıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində beynəlxalq müstəvidə də sülh mövqeyi nümayiş etdirir. Biz də ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri olaraq, gənclər olaraq indiki mərhələdə sülhün təmin olunması üçün istənilən beynəlxalq təşkilatda, istənilən yerli qurumlarda Azərbaycan həqiqətlərini dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA