Deputat qardaşı Ziya Məmmədovun müşavirəyə gəlməməsindən danışdı

img

11-07-2014 [18:08]


"Hər bir dövlət məmurunun məzuniyyətə çıxmaq hüququ var. İstər xırda vəzifəli şəxs olsun, istərsə də nazir olsun. Ziya müəllim də bu hüququndan istifadə edib”.

Bu sözləri axar.az-a açıqlamasında millət vəkili Elton Məmmədov Nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun dünən Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində iştirak etməməsi xəbərinə münasibət bildirərkən dedi. Deputat əlavə etdi ki, Ziya Məmmədovun müşavirədə iştirak etməməsinin arxasında başqa səbəblər axtarmaq yersizdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin dünən keçirilən müşavirəsində Nəqliyyat naziri Ziya Məmmədovun iştirak etmədiyi ilə bağlı xəbər yayılıb. "Qaynar.info”nun tirajladığı xəbərdə ekspertlər bunu Z.Məmmədova etimadın azalması və bu səbəbdən müşavirəyə dəvət edilməməsi ehtimalı ilə izah ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA