Ronaldo hələ millidə oynamaq istəyir: "Əgər töhfə verə bilməyəcəyimi hiss etsəm..."

Ronaldo hələ millidə oynamaq istəyir: "Əgər töhfə verə bilməyəcəyimi hiss etsəm..."

İDMAN

04.09.2024, 15:45

Səudiyyə Ərəbistanının "Əl Nassr" komandasında çıxış edən dünya ulduzu Kriştiano Ronaldo Ronaldo milli komanda ilə vidalaşmaq niyyətində deyil.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gələcəyi ilə bağlı açıqlamalar verən futbolçunun sözlərinə görə, Portuqaliya Milli Komandasının heyətində Millətlər Liqasında çıxış edəcək.

O, yaşı ilə bağlı tənqidlərə münasibətdə deyib ki, bu, ona əlavə güc verir: "Milli komanda ilə Millətlər Liqasını qazanmaq üçün motivasiyam var. Əvvəllər qalib gəlmişdik, yenidən qalib gəlmək istəyirik. Əgər yığmaya töhfə verə bilməyəcəyimi hiss etsəm, ilk gedən mən olacam. Əlbəttə, tənqid olmasa, inkişaf da olmaz".

Fərid Aslan

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR