Lənkəranda əməliyyat keçirilib, bu şəxslər tutulub - FOTO

img

03-09-2024 [10:40]


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 36 yaşlı Babək İsayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, B.İsayevdən tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Həyata keçirillən digər tədbirlərlə isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Vidadi Fərəcov və Hikmət Quliyev saxlanılıblar. Onların Aşağı Nüvədi qəsəbəsi ərazisindəki otlaq sahəsində əkdikləri çətənə bitkiləri əşkarlanıb.

Araşdırmalar aparılır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA