Tağı Əhmədov: "Belə çıxır ki, sabah məni evləndirəcəklər”

img

09-07-2014 [18:17]


Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov bəzi mətbu orqanlarda Ağcabədiyə icra başçısı vəzifəsinə təyin olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.
T.Əhmədov Publika.az-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu söyləyib:

"Mən bu cür məlumatı ilk dəfə sizdən eşidirəm. Necə vəzifədir ki, mənim xəbərim yoxdur? Belə çıxır ki, jurnalistlər sabah xəbərim olmadan məni evləndirəcəklər. Hamısı yalan söhbətlərdir”.

Xatırladaq ki, bəzi mətbu orqanlarda Bakı Meropoliteninin keçmiş sədri Tağı Əhmədovun Ağcəbədiyə icra başçısı təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA