İtaliyada Etna vulkanı yenidən püskürüb

img

15-08-2024 [17:09]


İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən kül və lava püskürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən gecədən Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında son həftələrdə müşahidə edilən vulkanik fəaliyyətə daha bir püskürmə aktivliyi əlavə olunub.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun Etna Müşahidə Stansiyasından verilən açıqlamaya görə, vulkanın püskürdüyü kül təxminən 9,5 kilometr hündürlüyə çatıb: "Etnanın səpdiyi küllər vulkanın ətəklərindəki yaşayış məntəqələrinə çöküb, bəzi reyslər isə təxirə salınıb".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb