Hafiz Hacıyev MMP Idarə Heyətini topladı

img

08-07-2014 [13:57]


Bu gün Muasir Musavat Partiyası İdarə Heyəti növbəti toplantısını keçirib.Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Gündəliyin partiyadaxili məsələlər bölümündə təşkilatlarda vəziyyət ,yeni seçilmiş Qadınlar Şurasının bu günə qədər gördüyü işlər haqqında məlumat verilib .Görülən işlərin müzakirə edilərək dəyərləndirilib ,görüləcək işlərlə bağlı konkret qərarlar qəbul edilib və tapşırıqlar verilib. Bundan sonra ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Əsas fakir ölkədə son günlər dini zəmində baş verənlər, bu ad altında vəziyyəti gərginləşdirən qüvvələrin məqsəd və məramlarına siyasi qiymət verilməyə çalışılıb.Tolerantlığın yüksək səviyədə qorunub-saxlanıldığı Azərbaycanda hadisələrin daha da həsslaşmaması üçün hakimiyyətin gördüyü tədbirlərin təqdirəlaiq olduğu qeyd edilib.Partiya üzvlərinə də bu yöndə ehtiyatlı olmaq tapşırılıb. Daha sonra gənclərin yaxın aylarda keçirmək istədiyi konfrans və hazırlığın səviyəsi müzakirə edilib.Yay ayının insanlarda bir az pasivləşmə yaratmasını nəzərə alan MMP İdarə Heyəti Gənclər Təşkilatının konfransını sentiyabr ayına kimi təxirə salıblar.Əsası gənc tələbələrdən ibarət olan üzvlərin əksərinin rayonlara ,evlərinə getməsi rəhbərliyin bu qərarı verməsinə səbəb olub. Bundan sonra keçən həftə MMP sədri Hafiz Hacıyevin ölkə prezidentinə Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Baş Prokurorluqda açılan çinayət işinin ləngidilməsi ilə edilmiş müraciəti müzakirə edilib.Cinayətdə təqsirli bilinən Əli Kərimovun yenidən fəallaşması və ölkədə fəaliyyət göstərən xarıcı təşkilatlardan və səfirliklərdən dəstək alması tənqid hədəfinə çevrilib. Sonda cari məsələlər müzakirə edilərək toplantı başa çatıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA