09-07-2014 [11:29]
Hakimiyyətə yaxınlığı ilə seçilən "Olaylar” qəzetində Salyanın icra başçısı Tahir Kərimov barədə ilginc faktlar yer alıb.
İcra başçısına həsr olunmuş tənqidi materialdan bəzi hissələri təqdim edirik: "İlham Əliyevin müvafiq sərəncamı ilə Salyan rayonuna icra hakimiyyəti başçısı təyin edilən gündən rayonu sözün əsl mənasında çapıb talayan Tahir Kərimov indi də onun bu əməllərini açıb ictimaiyyətə təqdim edən şəxsləri şərləyərək həbs etdirməklə məşğuldur.
Son günlərdə hüquq müdafiəçisi Emil Məmmədov ətrafında baş verənlər bunu bir daha sübut edir. Hüquq müdafiəçisi Emil Məmmədovun həbs olunması ilə əlaqədar rayon ictimaiyyətinin 350 nəfər nümayəndəsinin KIV-lərə ünvanladığı müraciətdən, eləcə də Emil Məmmədovun həyat yoldaşının mətbuata verdiyi müsahibədən məlum olur ki, hüquq müdafiəçisinin həbsi məhz rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun sifarişi əsasında baş tutub. Onların Emil Məmmədovun həbsinin motivləri ilə bağlı gətirdikləri arqumentlər və faktlar da sübut edir ki, rayon ictimaiyyəti öz qənaətində haqlıdır. Rayonda tuğyan edən rüşvətxorluğa qarşı mübarizə aparan, bu barədə ölkə mətbuatına və aidiyyatı üzrə dövlət orqanlarına mütəmadi məlumat verən, rayon sakinlərinin pozulmuş hüquqlarının bərpası uğrunda çalışan hüquq müdafiəçisinin iki idarə müdirinin ərizəsi əsasında həbs olunması deyilənlərin həqiqət olduğuna inam yaradır...
Redaksiyaya daxil olan məlumatlardan aydın olur ki, Tahir Kərimov bütün bunlardan nəticə çıxarmaq, öz işinə məsuliyyətlə yanaşmaqdan daha çox cılız mübarizə vasitələrindən istifadə edərək xoşuna gəlməyən insanları cəzalandırmaqla məşğuldur. Belə ki, bir müddət əvvəl Tahir Kərimov Salyan rayon Xalac kənd musuqi məktəbinin direktorunu heç bir ciddi əsas olmadan işdən çıxarıb. İcra hakimiyyətinin başçısı direktordan işdən çıxmaq barədə ərizə yazmağı tələb edib. Maraqlıdır ki, Tahir Kərimov bu hərəkətinə öz aləmində haqq qazandıra da bilib. İcra başçısı guya bunu Xalac kəndində musiqinin lazımı səviyyədə tədris olunmaması ilə əlaqələndirib və musiqinin qayğısına qaldığını göstərmək istəyib. Lakin yerli əhali icra hakimiyyəti başçısının bu cür hərəkətlərinin arxasında hansı çirkin məqsədlərin dayandığını çox yaxşı bilir. Belə ki, icra hakimiyyətinin başçısı musuqi məktəbinin direktoruna rayonun mərkəzi küçələrindən birini təmir etmək tapşırığını verib. Məktəb direktorunun bunu etməyə maddi imkanı çatmayacağını bildirdikdə isə Tahir Kərimov ənənəvi cəza maşınını işə salaraq direktordan işdən çıxmaq barədə ərizə yazmağı tələb edib"(azadliq.org).
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO