Nazir: "Şırnak və Mardində terrorçular zərərsizləşdirilib"

img

01-08-2024 [00:16]


Türkiyənin iki bölgəsində terrorçulara qarşı yeni əməliyyat keçirilıib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat veirb.

Onun sözlərinə görə, Şırnakın Beytüşşebap və Mardinin Nusaybin rayonlarının çöllük ərazilərində həyata keçirilən əməliyyatlarla 4 terrorçu zərərsizləşdirilib: "Şırnak və Mardin Jandarma Komandanlıqları tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində Şırnakın Beytüşşebap çölündə yerləri müəyyən olunan 3 PKK separatçı terror təşkilatı üzvü, Mardin vilayətinin Nusaybin çölündə isə bir  terrorçu zərərsizləşdirilib”.

Firudin Səfərli

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA