İsrail ordusu Livanın cənubuna ağır zərbələr vurub - Ölən və yaralananlar var

İsrail ordusu Livanın cənubuna ağır zərbələr vurub - Ölən və yaralananlar var

DÜNYA

30.07.2024, 00:23

İsrail ordusu Livanın cənubunda müxtəlif hədəflərə ard-arda zərbələr endirməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Agentlik bildirib ki, İsrail topları, PUA və qırıcıları Marun əl-Ras və Şihin qəsəbələrinə sarsıdıcı zərbələr vurub.

Livan mediası yazır ki, burada ölən və yaralananlar olsa da, onların sayını dəqiqləşdirmək hələlik mümkün olmayıb: "Bununla yanaşı, Kunin qəsəbəsində də PUA bir avtomobili vurub. Nəticədə bir nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. Həmçinin Kfar Ruman qəsəbəsində də motosikletdə hərəkətdə oan iki nəfər vurulub...".

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR