06-07-2014 [22:44]
Azərbaycanda insan haqları ilə bağlı vəziyyət problemli olaraq qalır. Xüsusən də hüquq-mühafizə orqanlarında çalışan ayrı-ayrı şəxslər tərəfindən insan haqlarının kobud şəkildə pozulma faktları kifayət qədərdir. MTN, DİN, Ədliyyə Nazirliyinin nəzdində olan saxlanma müəssisələrində və təcridxanalarda da ciddi problemlərin olduğu bildirilir.
Mia.az xəbər verir ki, bununla bağlı "Reytinq"ə
müsahibə verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov
deyib ki, qanun pozuntuları, qeyri-insani rəftar halları var və bunu inkar
eləmək olmaz:
- Mən bunu, konkret faktlara söykənərək deyirəm. Çünki belə hallarla bağlı bizim komitəyə müraciətlər
edilir. Əgər bizə qeyri-insani rəftarla, insan haqlarının tapdalanması ilə
bağlı müraciətlər edilirsə, mən yalandan deyə bilmərəm ki, hər şey yaxşıdır.
Düzdür, müəyyən işlər görülür, problemlərlə yanaşı,
müsbət halları da demək lazımdır. Təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması
yönündə də müəyyən işlər görülüb. Ancaq hələ də nöqsanlar, çatışmazlıqlar var.
Bu mənada, insan hüquqlarının pozulması, işgəncə halları varsa, deməli,
vəziyyət hələ də yaxşı deyil.
- Rəhbəri olduğunuz komitəyə əsasən hansı qurumlardan,
hansı motivli şikayətlər olur?
- Müxtəlif
səpkili şikayətlər olur. Daxili işlər orqanlarından, Nəqliyyat Nazirliyi
departamentinin əməkdaşlarından, Penitensiar Xidmətdən, Təhsil Nazirliyinin
nəzdində olan internatlardan da şikayətlər alırıq. Şikayətlərin demək olar ki,
əksəriyyəti qeyri-insani rəftarla bağlıdır.
Amma bir məsələni də deməliyəm ki, son vaxtlar şikayətlərin sayı aşağı düşüb.
Əvvəllər Müdafiə Nazirliyinin hərbi hissələrindən şikayətlər olurdu, amma bu
ilin ötən dövrü ərzində hər hansı hərbi hissədən işgəncə, yaxud qeyri-insani
rəftarla bağlı müraciət daxil olmayıb. Yuxarıda qeyd etdiyim orqanlardan isə
hələ də narazılıqlar var.
- Şikayətləri hansı formada araşdırırsınız?
- Biz səlahiyyətlərimiz çərçivəsində yoxlamalar
apırır, hesabatlarımızı hazırlayırıq. Hətta ən böyük səlahiyyəti olan beynəlxalq təşkilatlar,
işgəncələrə qarşı komitələr belə, istintaq orqanı kimi fəaliyyət göstərmirlər.
Yəni, tövsiyyə xarakterli mraciətlər etmək mümkündür. Hansı orqandan şikayət
varsa, onların yuxarı rəhbərliyinə müraciət olunur ki, filan problemlər var,
onların hlli üçün zəruri addımlar atsanız, yaxşı olar.
Bir hüquq müdafiəçisi kimi məni narahat edən odur ki,
qaldırdığımız problemlər qısa müddətdə həll olunmur. Düzdür, dərhal reaksiya verilir. Sadəcə
olaraq, bir cavab verilir ki, qeyd olunan faktlar təsdiqini tapmadı.
- Belə başa düşdüm ki, faktları yerində araşdırmaq
səlahiyyətləriniz yoxdur...
- Heç Ombudsmanın faktları yerində araşdırmaq
səlahiyyəti yoxdur. Belə
olan təqdirdə bizim komitənin səlahiyyətindən danışmağa dəyməz.
Beynəlxalq təşkilatları götürək. BMT-nin, Avropa Şurasının işgəncələrə qarşı mübarizə
komitələrinin də səlahiyyət imkanları məhduddur. Əgər söhbət hər hansı dövlətdə
baş verən qeyri-insani rəftardan gedirsə, onlar həmin dövlətə müraciət edir ki,
filan faktlar var, onları araşdırın. Onlar istintaq orqanı deyil ki, faktları
birbaşa özləri araşdırsınlar. Onların müraciətinə verilən cavablar qaneedici
olmadıqda isə, onlar həmin dövlətin yüksək instansiyalarına müraciət etmək
məcburiyyətində qalırlar.
- Yəni, qapalı müəssisələrdə baş verən qanun
pozuntusunu üzə çıxarmaq elə də asan məsələ deyil?
- Bəli.
Birincisi, işgəncə, qeyri-insani rəftar gizli şəkildə baş verir. Yəni, gözdən
uzaq yerlərdə olduğundan, onun üstünü ört-basdır etmək imkanları geniş olur.
İşgəncəyə məruz qalan şəxsin bədənində xəsarətlər varsa, çalışırlar ki, o
xəsarətlər itənə kimi faktı gizlətsinlər. Təbii ki, biz də belə hallarla
üzləşirik.
- Monitorinq zamanı işgəncəyə məruz qalmış şəxsin
üzərinə baxış keçirə bilirsinizmi? Çünki bir sıra hallarda işgəncəyə məruz
qalan şəxs təzyiq qarşısında belə bir şeyin olmadığını deyir. Bu zaman hansı
tədbirlər görürsünüz?
- Birincisi, bizim İşgəncələrə Qarşı Azərbaycan
Komitəsinin monitorinqlər zamanı müəyyənləşmiş bir fəaliyyət prinsipi var. İstər Daxili İşlər, istər Milli
Təlükəsizlik Nazirliyində, istərsə də hərbi hissələrdə apardığımız yoxlamalar
zamanı bu prinsiplərə uyğun işləyirik. Biz hər hansı bir qurumda monitorinq
aparmaq istəyiriksə, qəflətən, qabaqcadan xəbər vermədən gedirik ki, real
mənzərəni görək. Çünki xəbərdarlıq edəndə, həmin müəssisə qısa müddət ərzində
problemləri qaydasına qoya bilir və nöqsanları gizlədir.
İkincisi, mən kiminləsə görüşürəmsə, bu, təklikdə baş
tutur ki, təzyiq göstərilməsin, biz gedəndən son-ra incidilməsin. Beynəlxalq normalara görə
təqsirləndirilən şəxslə təklikdə görüşməlisən ki, ürəyini açıb danışa bilsin.
Üçüncüsü, sən özünü elə aparmalısan, o qədər etibarlı
olduğunu göstərməlisən ki, o şəxs sənə etibar edib problemlərini desin. Artıq məni hamı tanıyır, nə qədər etibar
edilməsi mümkün olduğumu da bilirlər. Ona görə də adətən, görüşdüyüm şəxslər
həqiqəti mənə deyirlər. Əgər bir məhbus, yaxud təqsirləndirilən şəxs deyirsə
ki, ona işgəncə verməyiblər, qeyri-insani rəftara məruz qalmayıb, mən onu
məcbur edə bilmərəm ki, sən filan cür danış.
Bəzən də, valideynlər mənə deyirlər ki, övladları işgəncəyə
məruz qalıb. Amma gedirsən,
yerində araşdırırsan, deyir ki, məni döyməyiblər.
- Elçin müəllim, hazırda həm MTN-nin, həm də DİN-nin
saxlanma təcridxanalarında monitorinqlər aparırsınız, ümumilikdə vəziyyəti necə
qiymətləndirirsiniz?
- Mən istərdim ki, bizim Azərbaycanımızda vəziyyət
yaxşı olsun, ölkəmizdə demokratiya tam bərqərar olsun. Hamımız bu dövlətin vətəndaşıyıq, bu
dövlətin çörəyini yeyir, suyunu içirik. Ona görə də dövləti, dövlətçiliyi
sevmək lazımdır. Ancaq qanun pozuntuları, problemlər varsa, onları da deməyi
bacarmalıyıq. Əgər fakt varsa, onu gizlətmək olmaz. Eyni zamanda,
hüquq-müdafiəçisi heç bir siyasi partiyanın üzvü olmamalı, müstəqil şəxs
olmalıdır ki, müstəqil qərar verə bilsin. Ola bilər ki, bir monitorinq zamanı
heç bir şey əldə etməyək, növbəti dəfə nəsə üzə çıxaraq. Ona görə də biz
mütəmadi olaraq, monitorinqlər keçiririk. Yəni, həm müvəqqəti saxlanma
məntəqələrində, həm təcridxanalarda bilsinlər ki, mütəmadi ictimai nəzarət var.
Bu zaman nəzarətçilər də işgəncə, yaxud qeyri-insani rəftara yol verməkdən
çəkinirlər ki, üstü açıla bilər.
- Bəs, müqayisə etdikdə hansında vəziyyət nisbətən
yaxşıdır?
- Birini tənqid edib, digərini tərifləmək bir az düz çıxmır. MTN-də də, DİN-də də yaxşı hallar da, xoşagəlməyən hallar da var. Əsas çalışdığımız odur ki, qaldırdığımız problemlər həllini tapsın.
Məsələn, mən, Daxili işlər naziri Ramil Usubovun yanında oldum, bir məsələni
qaldırdım. Horadizdə müvəqqəti saxlanma yeri yox idi, təqsirləndirilən şəxsləri
Beyləqana aparırdılar. Nazirin diqqətinə çatdıran kimi mənim yanımda tikinti
idarəsinin rəisini çağırdı və göstəriş verdi ki, məntəqə tikilsin. Artıq bu
yöndə iş başlayıb.
Yardımlıda sovet dövründən qlmış polis şöbəsi və
saxlanma yeri vardı. O
barədə də nazirə müraciət elədim, müsbət cavab verildi. Nazir özü də bildirdi
ki, bu istiqamətdə genişmiqyaslı işlər görülür və görüləcək.
- Son dövrlər o fikirlər də səslənir ki, Elçin
Behbudov artıq bəzi qurmlarla anlaşıb deyə, elə də tənqidi açıqlamalar vermir. Kiminlə anlaşmısınız?
- Bu barədə deyilənlər doğru deyil. Elçin Behbudov elə həmin Elçin
Behbudovdur. Ola bilsin ki, Elçin Behbudov hardasa, kiməsə istədiyi köməkliyi
edə bilməsin, onda narazı ola bilərlər. Mən belə şeylərdən incimirəm də...
Digər tərəfdən, əgər mən Müdafiə Nazirliyi, MTN və
Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq eləməsəm, məni onların saxlanma
yerlərinə buraxarlar, yoxsa yox?
- Reallığa uyğun cavabım "yox"dur.
- Ay sağ ol.
Görürsünüz, reallığı siz də başa düşürsünüz. Beynəlxalq qurumlar da gələndə
birinci dövlətlə əməkdaşlıq edirlər. Elə şeylər var ki, konfidensiallığı da
gözləmək lazımdır. Tutaq ki, Elçin Behbudov ge-cə-gündüz nazirliyi tənqid
eləsin, bundan kim xeyir tapacaq? Ona görə də hamı ilə dil tapmaq lazımdır. Əks
təqdirdə onlar da Ədliyyə Nazirliyi kimi monitorinqlərin aparılmasına qadağa
qoyacaq, məhkumlar da o tərəfdən qışqıracaqlar.
Bu gün hara gedirəmsə, məhkumlarla, təqsirləndirilən
şəxslərlə görüşürəmsə, onların haqq səsini çatdırıramsa, bunu təqdir eləmək
lazımdır. Ona görə də,
mənimlə razılaşın.
- Yəni, iş xatirinə hamı ilə yola getməyə çalışırsız?
- Bəli. Mənə elə
gəlir ki, ən yaxşı variant budur. Bundan başqa, hər ilin sonunda gördüyümüz işlərlə
bağlı hesabat hazırlayırıq. Fəaliyyətimizlə bağlı həm BMT-nin, həm Avropa
Şurasının İşgəncələrə Qarşı Komitəsinə, həm də Azərbaycan hökumətinə məlumat
veririk. Bizə nə qədər müraciətlər olursa, hamısını açıqlayıram. Ola bilər ki,
nəyisə mətbuata demirəm, amma bunu öz hesabatımda qeyd edirəm.
- Ədliyyə Nazirliyinin müəssisələrində yenə
monitorinqlər apara bilmirsiniz?
- Bəli, problemlər var, məni ora buraxmırlar. Penitensiar Xidməti tənqid etdiyimə görə
Ədliyyə Nazirliyi tərəfindən mənə qadağa qoyulub. Neçə ildir məhkumlar, onların
ailələri mənə müraciət edirlər, mənimlə görüşmək istəyirlər, amma Ədliyyə
Nazirliyi məni ora buraxmır. Görün, vəziyyət nə yerdədir ki, işgəncələrlə bağlı
yeganə tşkilat olan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin həbsxanalara
girməsi qadağan olunub. Buna nə ad vermək olar? Təəssüf ki, belə
vəziyyət illərdir davam edir.
Təpkilərə baxmayaraq, mən fəaliyyətimi davam
etdirəcəym. Üzümüzə gələn həftənin birinci günündə hüquq müdafiəçisi Emil
Məmmədovla bağlı dövlət başçısına müraciət edəcəyəm. Onun ailə üzvləri mənə
müraciət ediblər ki, bu məsələdə onlara yardımçı olum.
Həmçinin, Rusiyada həbs olunan azərbaycanlı Orxan
Zeynalovla bağlı da məsələ qaldırmaq istəyirəm. Xatırlayırsınızsa, onun həbsi
zamanı ona qarşı necə qeyri-insani rəftar olunurdu. Bu məsələylə bağlı Rusiya
prezidenti Vladimir Ptinə də hüquq müdafiəçisi kimi müraciət edəcəyəm ki,
soydaşımıza qarşı sərgilənən həmin münasibət aradan qaldırılsın, hər şey qanun
çərçivəsində olsun.
- Elçin müəllim, bir vaxtlar Hacı Məmmədovla mütəmadi
görüşürdünüz, amma son dövrlər bu görüşlərə ara vermisiniz. Niyə?
- Hacı Məmmədov bu gün də Milli Təhlükəsizlik
Nazirliyinin təcridxanasında təkadamlıq kamerada saxlanılır. İndi nəinki
mənimlə, heç ailə üzvləri ilə görüşmək istəmir. Hər dəfə gedəndə sağlamlığı ilə
maraqlanıram. Deyilənə görə, səhhətində ciddi prblem yoxdur, sadəcə, şəkəri
var, onu da dədə-baba üsulu ilə müalicə edir.
- Əvvəllər şəkil çəkirdi, indi hansı ilə məşğuldur?
- Hacı Məmmədov hazırda muncuqlardan kolleksiya düzəltməklə
məşğuldur. Əvvəl yağlı boya ilə şəkillər çəkirdi, indi muncuqlarla işləyir. Bir
sözlə, incəsənətlə məşğul olur ki, başı qarışsın. Onun bir məqsədi var ki, heç
kim ondan danışmasın, onunla görüşməsin və beləcə, unudulsun. Amma onun
undulması mümkün deyil.
- O vaxt çəkdiyi şəkillərdən Sizə də hədiyyə
etmişdi...
- Hacı Məmmədovun çəkdiyi 4-5 şəkil hələ də bizim
ofisdədir.
- Yeni muncuq kolleksiyalarından verməyib?
- (Gülür) Yox. Deyəsən,
hələ muncuq kolleksiyalarını tam hazırlamayıb. Yəqin ki, hazırda muncuqlarla
işləməyi öyrənir. Qoy, tam öyrənsin, bəlkə onlardan da hədiyyə elədi.
- Keçmiş nazir Əli İnsanovla necə, görüşmək niyyətiniz
varmı?
- Bildiyiniz kimi, Əli İnsanov Ədliyyə Nazirliyinin nəzdində olan
təcridxanada saxlanılır. O, dəfələrlə müraciət edib ki, mənimlə görüşmək
istəyir, amma buna imkan yaradılmır. Mən çox istərdim ki, bu problem tezliklə
həllini tapsın. Onsuz da gec-tez bu qadağanı aradan götürəcələr, çünki bu kimi
hallar heç kimə başucalığı gətirmir.
Sonda yenə də deyirəm ki, harda işgəncə, qeyri-insani rəftar varsa, mən o
problemin üzərinə gedəcəyəm. Düz bildiyim
yoldan dönməyəcəyəm.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)