03-07-2014 [18:41]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov ATƏT PA-nın ölkəmizdə keçirilən sessiyası ilə bağlı fikirlərini açıqlayıb.
Mia.az xəbər verir ki, sessiya ilə bağlı düşüncələrini bölüşən mərkəz sədri deyib ki, 28 iyun – 2 iyul tarixlərində ATƏT Parlament Assambleyasının Bakıda illik sessiyası keçirilib. İlk dəfədir ki, ATƏT PA-nın sessiyasında ölkəmiz ev sahibi kimi çıxış edib. Günbəgün ölkəmiz inkişaf etdikcə, məhz bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Azərbaycan dünyadakı nüfuzunu göstərdi”. Fikirlərinin davamında Rufiz Qonaqov vurğulayıb ki, Azay Quliyevin yenidən ATƏT PA-nın I Komitəsinin sədr müavini seçilməsi də ölkəmiz adına xüsusi nailiyyətdir.
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisi və QHT rəhbəri olaraq tədbirə dəvətli olan Mərkəzin sədri Parlament Assambleyasının müxtəlif ölkələrdən olan nümayəndələrin səsləndirdiyi fikirləri şərh edib. Onun sözlərinə görə, avropalı parlament nümayəndələrinin çıxışlarında da bəyan edilib ki, Azərbaycanda bu gün yüksək səviyyədə inkişaf gedir və bu toplantı da layiqli şəkildə təşkil edilib. Rufiz Qonaqov açıqlamasında onu da bildirib ki, Prezident İlham Əliyev də sessiyanın açılışında iştirak edərək mükəmməl çıxışı ilə parlamentariləri heyrətləndirdi. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasına qoşulur – xarici parlament üzvlərinin də dilindən bunu eşitmək qürurvericidir.
ATƏT PA-nın müzakirə etdiyi məsələlərə münasibət bildirən BMAM sədri Qarabağ münaqişəsi ilə bağlı Assambleyanın işinə dair fikirlərini isə bu cür ifadə edib: "ATƏT kimi beynəlxalq nüfuzlu təşkilatların gündəliyi əvvəlcədən müəyyən edilir və məsələlərin müzakirəsi də buna uyğun davam etdirilir. Azərbaycan nümayəndə heyəti və bizim iştirakımızda da məqsəd o idi ki, Dağlıq Qarabağla bağlı vacib fikirlər səsləndirilsin və bunlar qismən səsləndirildi. Səsləndirilməyən fikirlər isə qəbul edilmiş qətnamə və qərarlarda öz əksini tapmış oldu. Həqiqətən də, bu gün elə bir qətnamə qəbul olundu ki, orada konkret ad çəkilməsə də, buradakı məsələlərin bilavasitə Dağlıq Qarabağa aidiyyəti var”. Rufiz Qonaqov onu da əlavə edib ki, Azərbaycan prezidentinin çıxışı və bu məsələ ilə bağlı öz fikirlərini çatdırması da Avropa parlamentarilərində tam fikir yaradıb. Təşkilat rəhbərinin sözlərinə görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azay Quliyev, eləcə də digər millət vəkilləri toplantılarda kifayət qədər çıxışlar ediblər və əhəmiyyətli fikirlər səsləndiriblər. Erməni nümayəndələrinin hansısa qətnamələrin qəbulunda təkidli etirazlarına isə Avropa Parlamenti nümayəndələri məhəl qoymayıblar və həmin qətnamələr qəbul edilib.
Leyla Yunusla bağlı sualları cavablayan BMAM sədri bildirib ki, bu toplantıda sözügedən şəxslə bağlı xüsusi fikirlərin səslənməsinə şahid olmayıb: "Əlbəttə ki, belə hallar çox təəssüfləndiricidir. Öz ölkəsini düşünən şəxs heç bir zaman öz ölkəsinə qarşı iş aparmaz və öz dövlətinə qarşı hər hansı qətnamənin qəbul edilməsinə sevinməz”.
Rufiz Qonaqov onu da əlavə edib ki, "ATƏT PA sessiyası çərçivəsində iyunun 29-da vətəndaş cəmiyyəti nümayəndələrinin toplantısı olmuşdur və bu toplantı da sözsüz ki, Azərbaycan parlamentinin razılığı əsasında salınmışdı. Həmin toplantıda Azərbaycan vətəndaş cəmiyyətinin müxtəlif fikirli nümayəndələri çıxış etdilər. Məruzəçi kimi əvvəlcədən alternativ fikirlərə də yer verilmişdi və ATƏT də razılaşmışdı ki, QHT təmsilçiləri də o toplantıya qatıla bilər. Burada Azərbaycanda fundamental azadlıqların vəziyyəti, söz, mətbuat azadlığı, KİV-in fəaliyyəti müzakirə edildi. Bəzi məruzəçilər tənqidi fikirlər səsləndirdilər və biz də onlara münasibətimizi bildirdik. Azərbaycanda internet, söz, media azadlığı və vətəndaş cəmiyyəti sahəsindəki məsələlərə dair fikrimizi ifadə etdik. Bu gün Azərbaycanda internet, media azadlığı pozulmur, əksinə, kifayət qədər azaddır. Azərbaycan xalqının 1.4 milyon nümayəndəsi Facebook istifadəçisidir”. Qarşı tərəfdən olan həmkarlarının da bunu təsdiq etməsini qeyd edən BMAM sədri bildirib ki, "Hər an informasiyanın yeniləndiyi ölkədə nə cür media azadlığının məhdudlaşdırılmasından danışmaq olar? Avropalı nümayəndələr vəziyyətin bundan daha yaxşı olmağını istədiklərini bildirdilər. Biz isə onlara bu nüansı hesabatlarında qeyd etmədiklərindən təəssüfləndiyimizi çatdırdıq”.
Dövlətin QHT-lərə dəstək verdiyini ifadə edən sədr qeyd edir ki, "Azərbaycanda bu gün çoxlu sayda QHT var və Azərbaycan dövləti o dövlətlərdəndir ki, QHT-lərə özünün tərəfdaşı kimi baxaraq, onları maliyyələşdirir. Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər Fondu fəaliyyət göstərir. Azərbaycan dövləti xarici QHT-lərə də bir donor kimi yanaşaraq, onların da layihələrini maliyyələşdirir”.
Təxribatçı fikirlər yaratmaq istəyən əcnəbi parlament nümayəndələrinin cəhdləri ilə bağlı suallara münasibət bildirən Rufiz Qonaqov hansısa xarici millət vəkilinin Azərbaycanda qarışıqlıq yaratmaq imkanında olmadığını düşündüyünü vurğulayıb: "Bu gün Azərbaycanda bu mümkün deyil. Azərbaycan tam stabil ölkə olaraq fəaliyyətini davam etdirir. Sessiyanın gedişatında da gördük ki, erməni parlament üzvləri Azərbaycanın müxtəlif vaxtlarda ortaya qoyduğu fikirlərə dair əks tezislər səsləndirdilər. Lakin bu dörd gün ərzində elə bir situasiya görmədik ki, onların fikirlərinə ATƏT-in və ya digər iştirakçıların ciddi reaksiyası olsun".
I komitənin sədr müavini Azay Quliyev tərəfindən ATƏT ölkələrində mədəni mühitin qorunması ilə bağlı qətnamənin qəbul edilməsini şərh edən müsahibimiz qeyd etdi ki, ermənilərin çox etiraz etməsinə baxmayaraq bu qətnamə qəbul edildi: "Belə bir qətnamənin qəbulu nəticəsində Dağlıq Qarabağ və ətraf ərazilərdə onun tətbiqi mümkündür. Burada isə söhbət mədəni mülkiyyətin qorunmasından və bərpa olunmasından gedir. Qətnamə ATƏT ölkəsinin ərazisi kimi birbaşa Dağlıq Qarabağa da şamil edilir”.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)