“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının virtual təqdimatı keçirilib - FOTO
MƏDƏNİYYƏT
21.07.2024, 12:28
Dünən, iyul ayının 20 də youtube kanalı olan REAKSİYA TVnin canlı yayımında ”Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” (Элге берилген өмүрдүн көз ирмемдери) kitabın virtual təqdimatı keçirilib.
Mia.az-ın məlumatına görə, "Reaksiya TV"nin “Ziyalı mövqeyi” verlişində ”Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” (Элге берилген өмүрдүн көз ирмемдери) kitablarının virtual təqdimatında müəllif heyətinin rəhbəri professor Cümşüd Nuriyevin peşəkar performansı çox maraqlı olmuşdur.
Bu il Bişkek şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə siyasi elmlər doktoru, professor Cümşüd Nuriyevin qırğız dilində Ümummilli lider Heydər Əliyev haqqında yazdığı “100 yaşlı Heydər Əliyev kimdir?” böyük məqaləsi “Xalqa bağışlanmış ömürdən anlar” toplusunda qırğız dilində nəşr olunmuşdur. Kitabın və məqalənin qırğız dilinə tərcümə edilib nəşr edilməsinə səbəb bir çox qırğız oxucularının Ulu Öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini öz ana dillərində oxumaq marağı ilə fonda çoxsaylı müraciətlər etmişdilər. Oxucuların çoxsaylı müraciətlərini nəzərə alan fond rəhbəri “Xalqa bağışlanmış ömürdən anlar” kitabını tam şəkildə qırğız dilinə tərcümə etdirmişdir.
“Xalqa bağışlanmış ömürdən anlar” (Элге берилген өмүрдүн көз ирмемдери) kitabı qırğız dilinə ictimai xadim, professor, iqtisad elmləri doktoru, əməkdar iqtisadçı, iki dəfə Qırğızıstan Respublikası Joqorku Keneşinin deputatı Elmira Busurmankulovna Cumalıyeva tərcümə etmişdir.
Oxucuların fonda müraciətinə səbəb kitabın rus dilində variantının təqdimatının keçirilməsi və Qırğızıstan mətbuatında geniş işıqlandırilması səbəb olmuşdu. Kitabın qırğız dilindəki variantı Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunub.
Həmçinin, fondun sifarişi ilə professor Cümşüd Nuriyevin rəhbərliyi altında “Zəfər çələngi” kitabı Azərbaycan dilində Bişkekdə nəşr edilmişdir.
Kitabda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqillitimizin dönməz olması üçün gördüyü işlərin ilk dəfə olaraq elmi müstəvidə siyasi təhlili verilmişdir.
Qırğız Respublikasında Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər taktikası və uğurlu idarəetmə siyasətinə olan böyük oxucu marağını nəzərə alan fond “Zəfər çələngi” kitabını rus və qırğız dillərində nəşr etdirmək haqqında qərar qəbul etmişdir. Son zamanlar təkcə Türkdilli ölkələrdə deyil bir çox Şərqi Avropa və Asiya ölkələrində Möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik siyasəti öyrənilməyə və təşviq edilməyə başlanılmışdır. Prezidentimizin ustad idaretmə metoduna olan beynəlxalq maraqlar dünən Şuşada keçirilən İkinci Forumda bir daha təsdiqini tapdı və bu qürurverici hadisənin hamımız iştirakçısı olduq.
Xatırlatmaq yerinə düşər ki, Orta Asiya dövətlərində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini uzun illərdir yorulmadan təbliğ edən Türkdilli dövlətlərin siyasətunə dəstək fondunun Prezidenti Nüsrət Məmmədovdur.
Xüsusi ilə vurğulayaq ki hər iki kitab fondun saytına yüklənmişdir və heç bir məhudiyyət qoyulmadan oxucuların ixtiyarına verilmişdir. Artıq kitablara minlərlə baxış sayı var.
Bir daha qeyd edək ki maraqlananlar kitabları bu linkdən oxuya bilər:
1. http:// https://turktoday.info/biblioteka.html
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 DÜNYA
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
Bugün, 12:25 İQTİSADİYYAT
-
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Mourinyo: "Arda Gülər vazkeçilməz deyil"
Bugün, 12:00 İDMAN
-
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib - MƏTN
Bugün, 11:53 GÜNDƏM
-
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bugün, 11:53 SİYASƏT
-
Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi
Bugün, 11:39 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 11:32 GÜNDƏM
-
Lionel Messi bu matçla milli komanda ilə vidalaşacaq
Bugün, 11:22 İDMAN
-
DAHA BİR QHT SƏDRİNƏ HÖKM OXUNDU
Bugün, 11:17 SİYASƏT
-
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bugün, 11:12 SİYASƏT
-
ETN-dən növbəti əmr: məktəblərdə tədris planları təsdiqlənib
Bugün, 11:06 GÜNDƏM
-
Adil Rzayev baş həkim təyin olundu
Bugün, 11:00 CƏMİYYƏT
-
Daha bir neçə bələdiyyənin adı dəyişir - DETALLAR
Bugün, 11:00 CƏMİYYƏT
-
Partiya sədri istintaqa ifadəsindən danışdı: "İcra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, mən..."
Bugün, 10:47 SİYASƏT
-
Məkkəyə dron hücumu: Səudiyyə Husiləri ittiham edir, qruplaşma isə bu ittihamı təxribat sayır
Bugün, 10:25 GÜNDƏM
-
"Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən..." - Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bugün, 09:56 PRESS
-
Azərbaycan neftinin qiyməti 128 dolları keçdi
Bugün, 09:23 İQTİSADİYYAT
-
LeoBank indi də jurnalistə kələk gəlib: "Heç vaxt getmədiyim və alış-veriş etmədiyim "Ramstore"də..." - "Bu xidmətdən uzaq durun!"
Bugün, 09:07 İQTİSADİYYAT
-
ABŞ-ın həmləsi Rusiya və Çini "ayağa qaldırdı" - Kosmosda silahlanma yarışı başlayacaq, yoxsa...?
Bugün, 09:01 GÜNDƏM
-
Prezidentin köməkçisi Əbu-Dabidə görüş keçirib - Açıqlama
Bugün, 01:31 SİYASƏT
-
RUSİYA BU ÖLKƏNİN HELİKOPTERİNƏ ATƏŞ AÇDI, GƏRGİNLİK YARANDI - NATO və Avropa İttifaqından Moskvaya ard-arda sərt xəbərdarlıqlar
Bugün, 00:29 GÜNDƏM
-
"Trabzonspor" bu baş məşqçi ilə anlaşdı
Bugün, 00:25 İDMAN
-
Yaponiyanın yeni PUA-sı dənizdə yoxa çıxıb
Bugün, 00:15 DÜNYA
-
Mərhum jurnalistin 8 il əvvəlki sözləri gündəmə gəldi - "Bir gün gələcək "Kurtlar Vadisi"ni ssenarisini uyazanlar mühakimə olunacaq" - Bəs Şaşmaz nə deyir?
Bugün, 00:07 MƏDƏNİYYƏT