TFF prezidenti seçildi - 5 səs üstünlüklə

TFF prezidenti seçildi - 5 səs üstünlüklə

İDMAN

18.07.2024, 22:46

Bu gün Ankarada Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti postuna seçki keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  İbrahim Hacıosmanoğlu və Mehmet Büyükekşinin yarışdığı seçkidə 274 nümayəndə səsvermə hüququndan istifadə edib.

Məlumata gərə, İbrahim Hacıosmanoğlu 134 səslə TFF-nin yeni prezidenti seçilib. TFF-nin bu günə qədərki rəhbəri Mehmet Büyükekşi isə 129 səslə uduzub.

Beləliklə, cəmi 5 səs üstünlüklə TFF-nin yeni prezidenti müəyyənləşib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR