İsa Qəmbər: "Mən namizədliyimi irəli sürməyəcəyəm"

img

17-07-2024 [16:09]


Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Mia.az xəbər verir ki, bu barədə APA-ya İsa Qəmbər özü məlumat verib.

“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - deyə o bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA