Qızıl dükanları, saat biznesi, topdansatış mərkəzləri, yas zalları, bina və restoranlar... - Hansı deputatın hansı sahədə böyük biznesi var? (SİYAHI)
15-07-2024 [16:39]
Milli Məclisə seçkilərin keçirilməsi ərəfəsində deputat mandatı uğrunda mübarizə aparan sabiq millət vəkillərinin şəxsi biznesləri ilə bağlı zaman-zaman dövri mətbuatda bir sıra məlumatlar və informasiyalar dərc olunub.
Doğrudur, adıçəkilən deputatların çoxu öz şəxsi bizneslərini inkar etsələr də, qanunvericiliyin əksi olaraq, onların çoxunun “biznes imperiyalarına” şəxsən rəhbərlik etmələri çoxlarına məlumdur.
Qanundan söz düşmüşkən, qanunvericilik Milli Məclisin deputatları, eyni zamanda dövlət qulluğunda çalışan məmurların bizneslə məşğul olmasını qadağan edir. Bizneslə məşğul olub, sonradan vəzifəyə təyinat alan şəxslər isə sahib olduğu mal-mülk və iş yerlərini yaxın adamları, övladları, qardaşlarına həvalə edirlər. Bununla da onların rəsmi sənədlərdə artıq heç bir biznes fəaliyyəti ilə məşğul olunmadıqları görünür. Reallıq isə budur ki, onlar “biznes imperiyalarına” deputat qiyafəsi altında nəzarət etməyə davam edirlər.
Mia.az-ın məlumatına görə, Yenicag.az oxuculara Milli Məclisdə deputat mandatı qazanmış, pərdəarxasında isə bizneslə məşğul olan millət vəkillərinin qısa siyahısını təqdim edir:
Qarabağda bərpa-quruculuq işlərinin başlamasından sonra bir çox millət vəkilləri həmin ərazilərdə öz bizneslərini qurmaq üçün hərəkətə keçiblər.
121 saylı Laçın seçki dairəsinin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mahir Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl dükanlarına sahib olduğu bildirilirsə də, parlamentari bu dəfə üzünü təmsil etdiyi rayondakı biznes fəaliyyətini genişləndirməyə tutub. İddialara görə, M.Abbaszadə Laçında böyük otellər şəbəkəsi tikdirir, hətta inşa etdirdiyi kotteclər artıq fəaliyyətdədir.
75 saylı Lənkəran-Masallı seçki dairəsindən YAP-ı təmsil edən deputat Cavanşir Paşazadə taxta-şalban deposu, topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satışı deposu, mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu deyilir. Hətta onun qardaşı Şüyxülislam Allahşükür Paşazadənin hesabına biznes fəaliyyətlərini genişləndirdiyi bildirilir. Qeyd olunur ki, şeyxülislam qardaşının biznes imperiyasına maliyyə yatıran əsas kuratorlardan biridir.
70 saylı Masallı şəhər seçki dairəsinin YAP-ı təmsil edən millət vəkili Məşhur Məmmədov da tanınmış iş adamlarından biridir. Qeyd edək ki, M. Məmmədov heç də kiçik biznesmenlerdən deyil. Belə ki, millət vəkili ərzaq mallarının satışı deposu, kimyəvi təmizləmə mərkəzləri, kosmetik məhsulların satışı işində peşəkarlaşmış iş adamı kimi qələmə verilir.
Azərbaycanın ən tanınmış mebel satışı mərkəzlərindən biri olan “Embawood” şirkətinin həmtəsisçisi olduğu deyilən Məşhur Məmmədov həmçinin Nyu-Yorkda milyonluq villası ilə bir zamanlar medianın gündəminə çevrilmişdi. Hətta yerli mətbuatda ABŞ-də yaşayan oğlu Məmməd Şahbazovun adına “Masalli Enterprise LLC”ni təsis etməsi ilə bağlı da informasiyalar dərc olunmuşdu.
Hər zaman mediaya açıq olan, sosial məsələləri, adətən, parlamentdəki çıxışınlarında qabardan 82 saylı Ağcabədi seçki dairəsindən YAP-ın deputatı Tahir Rzayevin Mərkəzi Univermaqda bir neçə qızıl dükanına, qiymətli zinət əşyalarının satışı və qəbulu məntəqələrinə sahib olması da səslənən iddialar sırasındadır.
Azərbaycanın ən böyük siqaret monopolisti sayılan, 73 saylı Lənkəran şəhər seçki dairəsinin bitərəf deputatı Rüfət Quliyev isə ölkəmizdə və Ukraynada siqaret satışı, tütün məmulatlarının idxalı ilə tanınır. Millət vəkilinin tütün məmulatlarının ölkəyə idxalı, siqaret biznesi, habelə Ukraynada restoran və meyvə-tərəvəz alqı-satqısı sahəsində işinin əhli olduğu bildirilir.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ı təmsil edən deputat Ağalar Vəliyev isə biznes sahəsinin “sonuncu mogikan”larından biridir. “Kristal Abşeron”un sahibi olan A. Vəliyevin bu sahədə böyük bir imperiyaya sahib olduğu vurğulanır. Tikinti maqnatı sayılan cənab Vəliyevin xarici ölkələrdə də bina tikintisi, təmir və satışı işi ilə məşğul olduğu bildirilir.
78 saylı Lerik seçki dairəsindən YAP-ın deputatı seçilmiş İqbal Məmmədov isə ölkədə restoranlar şəbəkəsinin əsas sahiblərindən biridir. Cənub bölgəsində “Relax İqbal” ləqəbi ilə tanınan İ. Məmmədov Bakıda, Lerik və Yardımlıda restoran, ailəvi istirahət mərkəzləri, sanatoriya biznesi ilə məşğuldur.
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə