"Rabitəbank" YAP-ın rayon təşkilatının sədrini məhkəməyə verib

img

12-07-2024 [12:26]


"Rabitəbank"la "Park Naftalan" Sanatoriya Kompleksi arasında yenidən məhkəmə çəkişməsi başlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrlə bağlı olan məhkəmə çəkişməsi ötən ildən bəri davam etdirilir.

Ötən ilin dekabrında Bakı Kommersiya Məhkəməsində "Rabitəbank" ASC-nin "Park Naftalan" MMC-yə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib və hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, icraat dayandırılıb və məhkəmə tərəfindən ekspertiza təyin olunub.

Amma sonradan verilən qərar ictimaiyyətə açıqlanmayıb.

Bugünlərdə isə "Rabitəbank" "Park Naftalan"la bağlı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Bankın şikayəti üzrə cavabdeh şəxs kimi şirkətin direktoru Hatəm Qocayev, onun oğlu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və digərləri göstərilib.

İddia hakim Vüsalə Baxışovanın sədrliyi ilə araşdırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR