ATƏT Azərbaycana 300-dən çox müşahidəçi göndərəcək

img

11-07-2024 [09:25]


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iştirakçı ölkələrdən Azərbaycanda növbədənkənar parlament seçkiləri üçün 300-dən çox müşahidəçi istəyib.

Mia.az Report-a istinadla bildirir ki, uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA