Ərdoğan ABŞ-da Almaniya kansleri ilə görüşüb - Türkiyə lideri Şoltsdan dəstək istəyib

img

11-07-2024 [09:12]


Türkiyə prezdent Ərdoğan NATO-nun ABŞ-da keçirilən sammiti çərçivəsində Almaniya kansleri Şoltsla bir araya gəlib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, görüşdə Türkiyə ilə Almaniya arasındakı ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi və İsrailin Qəzzaya hücumları ilə bağlı məsələlər ətraflı müzakirə edilib.

Prezident Ərdoğan görüşdə İsrailin Qəzzaya hücumlarının dayandırılması və atəşkəs fürsətinin boşa çıxmaması üçün İsrailə təzyiqin artılmasının vacibliyini təkrarlayıb. O, münaqişələrin bölgəyə sıçrama ehtimalnı yüksək sayıb: "Bunun qarşısını almaq üçün səylər güclənməlidir".

Bundan əlavə, Ərdoğan Türkiyənin Avropa Birliyinə üzvlük prosesini canlandırmaq üçün Almaniyadan dəstək gözlənildiyini qeyd edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA