Malatyada yenə 4.3 bal gücündə zəlzələ oldu

img

10-07-2024 [14:36]


Bu gün Türkiyənin eyni şəhərində daha bir zəlzələ baş verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, bu gün Bakı vaxtilə saat 13.54-də Malatyanın Yeşilyurt rayonunda 4,3 bal gücündə növbəti zəlzələ olub: "14,27 km dərinlikdə baş verən zəlzələ ətraf əyalətlərdə də hiss olunub. Dağıntı və insan pölümü yoxdur".

Xatırladaq ki, bu gün gecə saat 01.41-də də Malatyanın Yeşilyurt rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR