MSK: 156 nəfər namizədliyini irəli sürüb, 16 partiyanın isə səlahiyyətli nümayəndələri qeydə alınıb

img

09-07-2024 [16:27]


Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, adı çəkilən 156-dan bir nəfər öz ərizəsi ilə imtina edərək seçki prosesindən çıxıb.

İclasada əlavə edilib ki, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Beləliklə ümumilikdə MSK 16 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq