04-07-2014 [16:59]
"Mənim iki illik vizam var və Almaniyada hələ bir il də rahat yaşaya bilərəm”.
Bu sözləri millər vəkili Sabir Rüstəmxanlının qardaşı, Miqrasiya Mərkəzinin direktoru, keçmiş polis rəisi Əlövsət Əliyev Almaniyaya qaçması və bu ölkədən sığınacaq alması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən Axar.az-a dedi. Onun sözlərinə görə, hazırda Almaniyaya müalicə almaq üçün gedib:
"Mənim onurğamda əyilmə getdiyi üçün mart ayından Almaniyada həkim növbəsinə dayanmışam. Aprelin 15-də zəng etdilər ki, 22-də burda olmalısan. Mən də ucuz olsun deyə, əvvəlcə Moskvaya, sonra isə Almaniyaya uçdum”.
Əlövsət Əliyev qardaşı Sabir Rüstəmxanlıya bu barədə məlumat vermədiyini də bildirdi:
"Sabir bəyə məlumat vermədim ki, narahat olmasın. Adətən, böyük qardaşlar kiçiyə münasibətdə daha həssas olurlar, bunun bir səbəbi də özlərini kiçik qardaşa ata əvəzi hissi ilə bağlıdır. Mən də istəmədim ki, Sabir bəy narahat olsun, canı mənim yanımda qalsın”.
Sonda Əlövsət Əliyev ölkədən qaçması barədə məlumatın yayılmasında narahat olduğunu da bildirdi:
"Mən niyə ölkədən qaçmalıyam? Hansı cinayətim, hansı gözükölgəli hərəkətim var ki!”
Hazırda Miqrasiya Mərkəzinin işini kənardan idarə etdiyini, işdə isə onu əvəz edənin olduğunu bildirən Ə.Əliyev səhhətinin artıq qaydasına düşdüyünü də bildirdi:
"Hazırda Kölndəyəm, xanımım və qızım yanımdadır, oğlum vətənə xidmət edir, əsgərlikdədir. Burda müalicəm başa çatıb, sadəcə, fizioterapiya dövrünü keçirəm. Yəqin ki, qısa müddətdə bunu da başa vuracağam. İnşallah, gələn həftə Tiflisə gələcəyəm, çünki orda görüşlərim nəzərdə tutulub. Tiflisdən isə Bakıya, vətənə qayıdacağam”.
Ə.Əliyev onunla bağlı hansısa işlər görüldüyünü və bundan əsəbiləşdiyini dilə gətirdi:
"Azərbaycan – mənim ölkəmdir, bu ölkəyə də xidmət etmişəm və edirəm. Məni doğma vətənimdən heç kim qova bilməz, mən də heç yerə qaçan deyiləm”.
Əlövsət Əliyev Almaniyada da qeyri-hökumət təşkilatı qurmaq istədiyini, hazırda bu yöndə çalışdığını bildirdi və istisna etmədi ki, təşkilati işlərə görə Azərbaycana qayıtması bir az uzana bilər.
Xatırladaq ki, bu gün mediada Əlövsət Əliyevin ailəsi ilə birgə ölkədən qaçdığı və Almaniyadan sığınacaq istədiyi barədə xəbər yayılıb.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)