"Azərbaycan xalqı İsa Qəmbər, Əli Kərimli kimi adamları siyasi mühitdən silib"

img

30-06-2014 [21:52]


"Müsavat Partiyasının aqibəti göz önündədir. Bunlar iddia edirdilər ki, Məmməd Əmin Rəsulzadənin varisləridir və s. Ancaq göründüyü kimi, həmin iddiadan əsər-əlamət qalmayıb. Əgər rəhmətlik Rəsulzadə bilsəydi ki, onun partiyasına İsa Qəmbər kimi bir "moşennik” varislik edəcək, bəlkə də həmin partiyanı yaratmazdı, ya da onun adını Müsavat qoymazdı”. Bu fikirləri SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Müsavat Partiyasının Məclis toplantısında baş verən qalmaqallara münasibət bildirərkən deyib.
Hafiz Hacıyev bildirib ki, Müsavat Partiyasının müasirləşdirilmiş formadakı idarəçiliyində Müasir Müsavat Partiyası kifayət qədər rol oynayır. Belə ki, son bir neçə ayda partiyaya bir neçə nüfuzlu adam, professor qəbul olunub, üzv yazılıb.

İsa Qəmbərə gəlincə, MMP sədri bildirib ki, İsa Qəmbər oturub kreslosunda və hakimiyyətə gələcəyi ilə bağlı bəyanatlar verir: "Məqsəd budur ki, əgər qurultayı keçirib başqa adamı seçsələr, İsa Qəmbər də ayrı təşkilatda rəhbərlik etsin. Məsələn, ötən günlərdə MSDM adlı təşkilat yaradıblar ki, sabah İsa Qəmbər orada oturub öz alverini davam etsin. Xarici təşkilatlarla, erməni lobbisi ilə əməkdaşlığını qüvvədə saxlasın. Bu satqın bir adamdır. Ümumiyyətlə, İsa Qəmbər, eləcə də Əli Kərimli eyni tipli fərddirlər. Necə deyərlər, bunların öyrənmiş şeylərinə tövbələtmə yoxdur. Ona görə də bunlar hər dəfə guya qurultay keçirəcəklər, guya bu dəfəki qərarları ilə qurultayın vaxtını qətiləşdiriblər. Ancaq qurultay keçirmək istəyən adam bu qurultayını elə küçənin ortasında da keçirər. Yəni bəllidir ki, bunların adamı yoxdur”.
Hafiz Hacıyev ötən dövr ərzində Müsavatda heç bir yeniləşmənin getmədiyini də bildirib: "Gəlin bir daha nəzər salaq. O gün keçirilən Məclis toplantısında yeni kimləri gördük ki? Həmin sifətlər, həmin adamlar, həmin sözlər. Yeniləşmə yoxdur. Yəni Azərbaycan gündəmində Müsavat adlı partiya yoxdur. Bunlar çalışacaqlar ki, hansısa Qərb təşkilatının, erməni lobbisinin maddi dəstəyi ilə yenidən nizamlansınlar.
Ancaq ölkə rəhbərimiz, cənab Prezident istər Avropa Şurasında, istərsə də NATO-nun Azərbaycanda keçirilən tədbirində çox konkret faktlarla çıxışlar etdi. Onların "arumentlər"inin hamısını yalanladı. Bu gün Azərbaycan xalqı bizim və sizin sayəsində İsa Qəmbər, Əli Kərimli kimi adamları siyasi cəmiyyətdən, siyasi mühitdən silib”.
MMP sədri daha bir ilginc nüansa toxunaraq, Müsavat başqanlığına namizəd olacağını bəyan edən Səxavət Əlisoydan sitat gətirib: "Mən başqanlığa namizəd Səxavət Əlisoyu yaxşı tanıyıram. Həm Cəbhədə, həm də Müsvatda bir yerdə çalışmışıq. Məsələn, o çox düzgün və konkret deyib ki, partiyada krallıq yaratmaq istəyirlər. Ancaq İsa Qəmbər də, onun ətrafındakı satqın zümrə də yaxşı bilirlər ki, onların sonu gəib-çatıb. Onların özləri də deyirlər ki, biz artıq dağılmışıq. Onlar nə qurultay keçirə biləcəklər, nə də başqa şey. Bayaq da dediyim kimi, onlar İsa Qəmbərə adaxlı axtarırlar. İndi onu kim alacaq, hansı dövlət, hansı təşkilat alacaq bunu tarix göstərəcək. Əsas budur ki, onun başını bəzəyib ərə versinlər getsin. İsa Qəmbər və onun kimiləri məhz bundan ötrü yaranmış insanlardır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA