Biri telefonu qapadır, digəri "YAP-ı gözləyirik" deyir - Yaşlı deputatlardan kimlər seçkiyə gedir?
09-07-2024 [10:42]
Son günlər yaşı 70-dən çox olan deputatların yeni formalaşacaq VII çağırış Milli Məclisdə olmayacağı ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər səsləndirilir.
Mia.az-ın məlumatına görə, hazırda Mili Məclis üzvlərindən 15 nəfərinin 70-dən çox yaşı var.
Bu günlərdə müsahibə verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP funksioneri Siyavuş Novruzov da bildirib ki, parlamentin tərkibinin 30-40 faiz yenilənəcəyi gözlənilir.
Bütün bu deyilənlər o anlama gəlir ki, VII çağırışda Milli Məclisdə gənclər və orta nəsil əsas üstünlük təşkil edəcək.
Təsadüfi deyil ki, 70-dən yuxarı yaşı olan deputatlardan biri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı sağlamlıq durumunu nəzərə alaraq bu ilki seçkilərə qatılmayacağını dolayısı ilə təsdiqləyib.
Bəs, yaşı 70-i keçmiş deputatlarımızdan kimlər növbəti dəfə mandat uğrunda mübarizə aparacaq?
Mia.az-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında deputat Vahid Əhmədov bildirir ki, bu dəfəki seçki marafonunda da iştirak etmək niyyətindədir: “Artıq Quba Seçki dairəsinə sənədləri vermişik. Bu dəfə həmin dairədən namizəd olmaq istəyirəm”.
Eldar İbrahimov isə sualımızı dinləsə də, cavab vermək istəməyərək, telefonu qapadıb.
Demokratik İslahatlar Partiyasından deputat Asim Mollazadə də suala konkret cavab verməyib: “Hazırda partiyada seçkilərlə bağlı müzakirələr aparılır. Hələ bu məsələ istiqamətində qərar qəbul edilməyib. Qərar qəbul edildikdən sonra iştirak edib-etməyəcəyim barədə ictimaiyyəti də məlumatlandıracağıq”.
Hakim partiyadan olan deputat Elman Məmmədov isə seçkilərdə iştirak edib-etməməklə bağlı YAP-ın qərarını gözlədiyini deyib: “Həmişə seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyim verilib. Yenə də bu barədə partiyanın qərarını gözləyirik. Biz müstəqil olaraq namizəd irəli sürmürük”.
MİA.AZ
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü