Bəxtiyar Sadıqovu rektor əvəzləyəcək

img

09-07-2024 [09:54]


119 saylı Ağdam kənd seçki dairəsindən Bəxtiyar Sadıqovun namizədliyi verilməyəcək.

Mia.az
Konkret.az-a istinadla bildirir ki, o dairədən namizədliyini verən şəxslərdən biri İqtisad Univeristetinin rektoru Ədalət Muradov olacaq.

Qeyd edək ki, Ədalət Muradov 29 yanvar 1962-ci ildə doğulub. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirib. 1980-1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçib.

1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub,

1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada, “İqtisadiyyat və istehsalın təşkili üzrə” SSRİ-də 2-ci yerə layiq görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA