ÜST-dən qadınlara xəbərdarlıq: "Kosmetik məhsullarda olan bu mineral xərçəngə səbəb olur"

img

09-07-2024 [08:46]


Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) qadınlara xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, IARC-ın xəbərdarlığında bəzi kosmetik məhsullara qatılan talk mineralının xərçəngə  səbəb olduğu iddia olunub.

IARC-dən verilən açıqlamaya görə, bu istiqamətdə 29 tədqiqatçı araşdırma aparıb: "Kosmetik məhsullarda mövcud olan "talk"la bağlı elmi araşdırmalar aparılıb. Aydın olub ki, bu maddə qadınların əsasən yumurtalıqlarında xərçəngə yol  açır...".

Xəbərdarlıqda qeyd olunub ki, kosmetik gellərdə də belə hallar aşkarlanıb: "Alimlər talkla bağlı araşdırmaları daha sonra siçanlar üzərində aparıblar. Bəlli olub ki, bu, dişi siçanlarda bədxassəli, erkək siçanlarda isə həm xoşxassəli, həm də bədxassəli şişlər yaradır...".

IARC-nin bu barədə araşdırma materialıı "The Lancet Oncology" jurnalında dərc edilib

Xatırladaq ki, iyunun 12-də ABŞ-ın kosmetika və gigiyena məhsulları istehsalçısı "Johnson & Johnson" uşaq pudrası və digər talk əsaslı məhsulların xərçəngə səbəb olduğunu etiraf edib və 700 milyon dollar təzminata razılaşıb.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA