14 il ləğv olunan partiya bərpa edildi - Kılıçdaroğlu aktiv siyasətə dönür?

img

08-07-2024 [17:42]


14 il əvvəl ləğv olunan Sosial Demokrat Xalqçı Partiyası yenidən bərpa olunaraq rəsmi fəaliyyətə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsinin rəsmi saytında qərar dərc olunub.

Türkiyə mətbuatı yazır ki, vaxtilə CHP-yə birləşərək "yox" olmasına yola açan partiyanın yenidən bərpasının arxasında CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu var.

İddiaya görə, o, yaxın aylarda bu partiyanın başına keçəcək: "Hələlk isə Kılıçdaroğlu altdan dəstək verməklə bu partiyanın güclənməsini təmin edəcək..."

Xatırladaq ki, adıçəkilən partiya 2010-cu ildə fəaliyyətini dayandırmışdı.

1995-ci ildə Murat Karayalçının rəhbərliyi ilə quruulan partiya CHP-də "ərisə də", sonradan onun təşkilatçıları CHP-nin ovaxtlı lideri Dəniz Baykalla yola getməyiblər və bu səbəbdən 2010-cu ildə partiyadan ayılıblar. Ancaq 2010-da yenidən başqa bir partiya ilə birləşsələr də, başda onun lideri Murat Karayalçın olmaqla, onun liderləri yenə də uğur qazana bilməyiblər... 

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq