Vitse-spiker seçkiyə qatılmayacaq?  - "Kimin haradan namizəd olacağı sonda elan ediləcək”

img

08-07-2024 [12:03]


“Vətəndaş Həmrəyliyi Partiyası 1 sentyabr- parlament seçkilərində iştirakla bağlı qərar verib. Artıq partiyanın namizədləri də müəyyənləşir. Kimin haradan namizəd olacağı isə sonda elan ediləcək”.

Mia.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.

Bununla belə Fəzail İbrahimli özünün namizəd olub-olmayacağı barədə suala birmənalı cavab verməyib.

“Bir neçə gündən sonra VHP-nin bütün namizədlərinin adları cəmiyyətə açıqlanacaq. Önəmli olan partiyanın seçkiyə qatılmasıdır”.

Qeyd edək ki, bəzi məlumatlarda Fəzail İbrahimlinin də mandat almayacaq deputatların siyahısına düşdüyü deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA