Hüseynbala Mirələmov: "Neçə illər həsrət idim ki, vaxtım olsun" -  "Namizədliyimi irəli sürməyimlə bağlı təklif gözləmirəm"

img

05-07-2024 [10:43]


Sabiq deputat Hüseynbala Mirələmov qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyi barədə iddialara cavab verib.

Mia.az xəbər verir ki, H.Mirələmov Pravda.az-a açıqlamasında deyib ki, seçkilərə qatılmayacaq. "Mən istirahət edirəm və bədii yaradıcılıqla məşğul oluram. Ötən il bir roman bitirib, çap etdirmişəm. Bu il də bir roman bitirmişəm. Neçə illər həsrət idim ki, vaxtım olsun, bədii yaradıcılığımı davam etdirim. Heç namizədliyimi irəli sürməyimlə bağlı təklif gələcəyini gözləmirəm də. Yaxşı olar, seçkilərə nisbətən gənclər getsinlər".

Xatırladaq ki, Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA