CHP sədri Suriyaya gedir: "Əsədlə görüşəcəm və..."

img

05-07-2024 [10:20]


CHP sədri Özgür Özəl Suriyaya gedir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü canlı yayımda açıqlama verib.

CHP lideri bildirib ki, səfər bu ay Livandan keçməklə gerçəkləşəcək: "Dəməşqə gedirəm. Ordada Suriya lideri Əsədlə görüşüb, Türkiyə ilə Əsəd arasındakı problemi və suriyalı qaçqınların geriyə dönüşü üçün məsələləri müzakirə edəcəyəm. Qaçqınların geridönüşü üçün  Avropadan qaynaq tapmaq üçün inanılmaz səy göstərəcəyəm. Türkiyəi qaçqın problemindən xilas olmalıdır. Bunun üçün hər kəs öz iradəsini ortaya qoyması üçün böğyük kampaniya başladacağam".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR