Borrell: "Ən böyük peşmanlığım Netanyahunun Qəzzadakı hərəkətlərinin qarşısını ala bilməməyimdir"

img

05-07-2024 [00:08]


"Ən böyük peşmanlığım Netanyahunun Qəzzadakə fəaliyyətinin qarşısını ala bilməməyimdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi Josep Borrell İspaniyanın paytaxtı Madriddə Amerika Evində təşkil edilən konfransda çıxış edərkən deyib.

Borrell təəssüflənib ki, Aİ-nin İsrailə təsir edə bilmir: "Məyusam. HƏMAS-ın dəhşətli terror hücumlarından sonra Qəzzada çoxu qadın və uşaq olmaqla, təxminən 40 min insan həlak oldu. Aİ isə atəşkəs və daha sonra siyasi həll axtarışında birliyə nail ola bilmədi. Biz ancaq Netanyahudan dayanmağı xahiş edirik, başqa nəsə əlimizdən gəlmir. Çünki Aİ daxilində birlik yoxdur. Birlik olmadan Aİ-nin əhəmiyyəti yoxdur. Qəzza münaqişəsindəki parçalanmamız burada oyunçu olmağımıza mane oldu. Ancaq Ukrayna məsələsində birlik bizə imkan verdi ki, orda mühüm aktora çevrilək".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR