İlham Əliyevlə Çin liderinin görüşü və ya diqqət çəkən üç mühüm amil... - TƏHLİL
04-07-2024 [14:42]
Azərbaycan Prezidenti İlham Əliyev dünən Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin dövlət başçısı Si Szinpin ilə bir araya gəlib. Görüş kifayət qədər diqqətçəkən məqamlar ilə yadda qaldı.
Öncə onu qeyd edim ki, rəsmi Bakı ilə Pekin arasında köklü münasibətlər var. Diplomatik münasibətlərin qurulduğu 1992-ci il aprelin 2-dən bu günə qədər isə iki ölkə arasında əməkdaşlıq çoxşaxəli şəkildə inkişaf edir.
Bu gün də Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Münasibətlərin inkişafında xüsusilə Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri önəmli rol oynayır. Misal üçün, Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Bundan başqa iki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir.
2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Bir Kəmər bir yol Forumu”nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.
Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşün ən diqqətçəkən tərəfi isə şübhəsiz “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması oldu. Bu bəyannamə ilə iki ölkə münasibətləri strateji səviyyəyə yüksəlib.
Bəyannamənin bir sıra detalları diqqət çəkir:
Birincisi, bəyannaməyə görə, Azərbaycan daim “Vahid Çin” prinsipini və Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Əslində rəsmi Bakının bu mövqeyi təkcə Çinə xas deyil. Prinsip etibarilə Bakı bütün ölkələrin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan separatçılığı dəstəkləmədiyi kimi bu kimi fəaliyyətlərin də hər zaman əleyhinədir. Bakının bu mövqeyi həm də Pekinin keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin 44 günlük müharibə zamanı verdiyi dəstəklə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri də pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub.
İkincisi, bəyanata görə, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Bəyanatın bu bəndi strateji və mühümdür.
Azərbaycan Çinin irəli sürdüyü “Bir Kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Hətta bu layihəni mərhum prezident Heydər Əliyev prezidentliyi dövründə düzgün qiymətləndirmiş və maraq göstərmişdir. H.Əliyevin strateji və perspektivli gördüyü bu layihə İlham Əliyev tərəfindən davam etdirildi.
Belə ki, Çinlə nəqliyyat-loqistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq quran Azərbaycan bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Bir Kəmər bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Xüsusilə qeyd edim ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü” ilə 10 noyabr bəyantına salınan maneəsiz hərəkət prinsipi (Zəngəzur dəhlizi) məhz “Bir Kəmər, bir Yol” təşəbbüsünə hesablanıb.
Belə ki, Azərbaycan “Bir Kəmər bir yol” təşəbbüsünün üç əsas xəttinin kəsişdiyi nöqtədədir. Şimal-cənub və şərq-qərb Beynəlxalq Nəqliyyat Dəhlizi məhz ölkəmizdə kəsişir. Bu kəsişmənin kilid nöqtəsi isə Zəngəzurdur. Bakının Zəngəzur dəhlizində israrlı olmasının təməl məntiqi məhz budur.
Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 88% artaraq 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75% artıb. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir.
Pekin və Bakının “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirməsi Zəngəzurdan maneəsiz keçid məsələsinin reallaşması baxımından həlledici ola bilər. Yəni Çin də bu məsələdə Bakıya dəstək verəcək və lazım gəldikdə Ermənistana təzyiq edəcək.
Üçüncüsü, bəyanatda qeyd olunur ki, “Bundan başqa Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak edir”.
Aydın məsələdir ki, Transxəzər layihəsinin bu günə qədər icra edilməməsinin əsas səbəbi məhz Kremldir. Kreml yaxşı anlayır ki, Transxəzər layihəsi reallaşsa Qazax, Türkmən, Özbək qazı Transxəzər boru xətti ilə Azərbaycana, buradan isə TAP və TANAP layihəsi ilə Avropaya çatdırılacaq. Bu isə faktiki olaraq Avropanın Kremldən olan qaz asılılığını yarıbayarı endirəcək. Lakin bu məsələnin Pekin ilə Bakı arasında razılaşdırılması onu deməyə əsas verir ki, Çin Rusiyanı bu məsələdə ya kənarda saxlayıb ya da maraqlarının qorunacağına qarant verib.
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ərsəyə gələrsə, bu, Azərbaycanın Avropaya nəql edəcəyi qazın həcminin, həmçinin daşıyıcı ölkə kimi rolunun artması deməkdir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi həmçinin gələcəkdə Xəzərin dibi ilə avtomobil və qatarların hərəkətini də mümkün edə bilər. Müqayisə üçün deyim ki, Türkiyə bunun bir bənzərini Avrasiya tuneli ilə reallaşdırıb. Bakı da Çin ilə birlikdə bunu icra edə bilər.
Turan Rzayev
MİA.AZ
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü