Siyavuş Novruzovdan adının YAP-ın siyahısında olmaması barədə iddialara daha bir reaksiya: "Əgər..."
04-07-2024 [13:08]
Ötən gün (3 iyul) VI çağırış Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəkləri barədə məlumat yayıldı.
Mia.az xəbər verir ki, lakin məlumat az sonra Siyavuş Novruzov tərəfindən təkzib edilib.
Musavat.com-a müsahibəsində Siyavuş Novruzov xəbəri yayanlara konkret mesajlar verib və onu “çıxdaş” edənlərə meydan oxuyub.
Xəbəri təxribat adlandıran S. Novruzov bunları deyib: “Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır. Seçki qərargahında həm seçki planı hazırlanır, eyni zamanda tədbirlər planı yazılır. Ondan sonra məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər təyin olunur. Seçki prosesi partiya şəklində iştirak etmək üçün genişdir. YAP İdarə Heyəti yığışdı və Seçki Qərargahının yaradılması barədə qərar qəbul etdi. Bundan sonra səlahiyyətlər Seçki Qərargahına keçdi. Seçki proseduruna rəhbərlik etmək artıq Mərkəzi Seçki Qərargahının hüququdur. Həm namizədlərin irəli sürülməsi, həm imza toplanılması, təbliğat-təşviqat məsələləridir, təbliğat materiallarının çap olunması, paylanması, seçki günü müşahidənin aparılması kimi bütün proseslər seçki qərargahının funksiyasına daxildir. Biz də Seçki Qərargahında təmsil olunuruq. Bu, YAP rəhbərliyi tərəfindən çox yüksək etimaddır ki, bu prosesdə iştirak etmək bizə həvalə olunub. Qərargahın rəhbəri və üzvləri var, biz də bu prosesdə iştirak edirik”.
Baş verənlərdən sonra YAP-ın siyahısında adının olub-olmaması məsələsinə isə Siyavuş Novruzov konkret cavab verib: “Əksinə, bu, daha da stimul verdi. Bu, tamam başqa məsələdir. Hətta mən burada digər namizədlərin məsələləri ilə məşğulam”.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü