Blinkenin köməkçisi Azərbaycana gəlir

img

26-06-2024 [18:19]


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 27-29-da Bakı (Azərbaycan) və Dubrovnikdə (Xorvatiya) səfərdə olacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda ABŞ dövlət katibinin köməkçisi Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşərək ikitərəfli əlaqələrdəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyini müzakirə edəcək.

Qeyd olunub ki, dövlət katibinin köməkçisi daha sonra Xorvatiyanın Dubrovnik şəhərinə səfər edəcək. Dubrovnik şəhərində keçirilən forumda amerikalı diplomat Avropa tərəfdaşları və müttəfiqləri ilə Qərbi Balkanların Avro-Atlantik inteqrasiyasını müzakirə edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA