Azərbaycanda Milli Demokratiya İnstitutu bağlandı

img

03-07-2014 [12:49]


Barəsində bir çox qalmaqallı və ittiham xarakterli məlumatlar yayılan ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan ofisi bağlanıb. Modern.az saytı xəbər verir ki, bu barədə "Vestnik Kavkaza” portalı məlumat yayıb. Məlumata görə, MDİ-nin iyul ayının 2-də ofisi bağlanıb.

Modern.az-ın əməkdaşı məsələylə əlaqədar Azərbaycanın Ədliyyə Nazirliyilə əlaqə saxlayıb, amma nazirlikdən xəbərə münasibət bildirilməyib.

Qeyd edək ki, MDİ Azərbaycanda "rəngli inqilablar”a dəstək verməkdə, onun təşkilatçılarına maliyyə dəstəyi verməkdə ittiham olunurdu. İddialara görə, MDİ Azərbaycanda hakimiyyətə qarşı olan bəzi müxalif dairələrə maddi yardım ayırıb.

MDİ-nin "Facebook və rəngli inqilablar” həyata keçirmək üçün 2 milyon dollar pul xərclədiyi də ittihamlar sırasında yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA