Hacı Məmmədovun muncuq kolleksiyası

img

07-07-2014 [11:21]


"Hacı Məmmədov bu gün də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında təkadamlıq kamerada saxlanılır. İndi nəinki mənimlə, heç ailə üzvləri ilə görüşmək istəmir”.

Bunu hüquq müdafiəçisi Elçin Behbudov "Reytinq” qəzetinə müsahibəsində deyib. O, bildirib ki, hər dəfə görüşəndə H. Məmmədovun sağlamlığı ilə maraqlanır: "Deyilənə görə, səhhətində ciddi prblem yoxdur, sadəcə, şəkəri var, onu da dədə-baba üsulu ilə müalicə edir”.

E. Behbudov deyib ki, Hacı Məmmədov hazırda muncuqlardan kolleksiya düzəltməklə məşğuldur: "Əvvəl yağlı boya ilə şəkillər çəkirdi, indi muncuqlarla işləyir. Bir sözlə, incəsənətlə məşğul olur ki, başı qarışsın. Onun bir məqsədi var ki, heç kim ondan danışmasın, onunla görüşməsin və beləcə, unudulsun. Amma onun undulması mümkün deyil”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA