Deputat bulaq suyuna qadağa qoyulmasına çağırış etmədiyini deyir: "Fikirlərim təhrif olunub"

img

13-03-2019 [17:20]


"Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bulaq suyu ilə bağlı işlətdiyim fikirlər sonradan təhrif olunub, fərqli istiqamətdə yozulub”.

Bunu deputat Aydın Hüseynov deyib. O bildirib ki, iclasda bulaq suyundan istifadəyə qadağa qoyulması fikrini səsləndirməyib.

Deputat deyib ki, iclasda şirin su mənbələrinin, meşələrin qorunmasının, saxlanmasının və istifadəsi ilə bağlı məsələlər müzakirə edilib: "Deputat kimi fikrimi bildirmişəm ki, şirin su mənbələri və meşələr qorunmalıdır. Eyni zamanda demişəm ki, dərələrin qurumaması üçün bulaqlardan səmərəli istifadə olunmalıdır. Bulaq suyundan istifadəyə qadağa qoyulması fikrini səsləndirməmişəm. Mətbuatda fikirlərim bilərəkdən təhrif edilir, şou yaradılır. Bəzi xəbər portalları ziyalıları, deputatları nüfuzdan salmağa çalışırlar”.

O qeyd edib ki, deputatların qanunların mahiyyətinə uyğun fikirləri təhrif edilməməlidir: "Milli Məclisdəki prosesləri ictimaiyyətə düzgün çatdırmaq əvəzinə, çaşdırıcı informasiyalar yayırlar, gündəm yaratmağa çalışırlar. Bunlar məqsədyönlü şəkildə həyata keçirilir".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA