Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-06-2024 [00:03]
Qoç - istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır. Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər. Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Buğa - yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər. Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.
Əkizlər - perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin. Cari işlərə yetərincə vaxt ayırın. Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun. Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur. Axşam saatlarını romantik görüşə ayıra bilərsiniz.
Xərçəng - yeni və ağır işə başlamazdan əvvəl cari situasiyanı yetərincə dəqiq şəkildə dəyərləndirin. Mümkün perspektivləri proqnozlaşdırın. Real potensialınızın imkan vermədiyi qərarlar qəbul etməklə irəliləyə bilməzsiniz.
Günün ikinci yarısında fəaliyyət sahəsini dəyişmək barədə düşünmək olar. Alış-veriş üçün əlverişli zamandır. Sevdiyiniz insanla münasibətlərinizi inkişaf etdirin. Qarşılıqlı sayğı çox önəmli məsələdir.
Şir - daxili emosional durumunuz bu gün xüsusi əhəmiyyət kəsb edəcək. Əhvalınız ailə üzvlərinizin davranışı və yaxın ətrafınızdakı insanların əməllərindən də asılı olacaq.
Yaşamla, daşınmaz əmlakla bağlı məsələlərin çözülməsində ehtiyatlı olun. Düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında işgüzar münasibətlərdə səlis, məntiqli addımlara zərurət duyulur. Bununla belə gündəlik qayğıları, xırdalıqları, detalları unutmayın. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə, pul məsələlərində sayıq olun.
Önəmli ödənişləri ertələyin.
Qız - günün ilk yarısından etibarən yaranan çətin, birmənalı olmayan situasiyalarda səliqəli davranın. Özünüzə qarşı kritik olun. Fəaliyyət sahənizdən kənar işlərlə çox məşğul olaraq vaxtınızdan qeyri-effektiv şəkildə yararlanmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlar və etibarlılığına şübhə etdiyiniz insanlarla əməkdaşlıqda onlara çox inanmayın. İntuisiyanız sizə dürüst qərar verməyə yardım edəcək. Dəqiq cavabını bilmədiyiniz məsələlərdə təhtəlşüurunuza güvənin.
Tərəzi - başladığınız işləri bitirmək üçün kənardan yardımlar gözləməyin. İşdə rəhbərliyin tapşırıqlarının öhdəsindən gəlməyə çalışın. Müstəqil fəaliyyət üçün münasib zamandır. Rəqibləri üstələyərək məqsədə doğru sürətlə irəliləyin.
Günün ikinci yarısında planlarda dəyişikliklər, qrafikdə yenilənmələr ola bilər. Dövlət qurumlarına yollansanız, gözləntiləriniz doğrulmayacaq. Gərəkli məmur yerində olmayacaq.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - yaşımınızda uğurlu dövr başlanır. Bəxt üzünüzə güləcək. Başladığınız işi əsla yarımçıq qoymayın. Problemlərin həllində aktiv və sürətli olun. Xüsusi önəm verdiyiniz məsələlərdə gecikmələrə yol verməyin. Diqqətli və sərvaxt davranın.
Günün ikinci yarısında yaxşı düşünülməmiş qərar qəbul etməyin. Yaxın ətrafınızdakı insanların intensiv fəaliyyətini təmin etmək üçün liderlik məziyyətlərinizdən yaralanın.
Axşam saatlarında əyləncəyə vaxt ayıra bilərsiniz.
Oxatan - günün ilk yarısından etibarən yaşanan olaylar üzərində kontrolu itirməyin. Tərəfdaşlardan və ya şəriklərdən biri etimadınızı doğrultmayacaq. Mühüm görüş, rəhbərliklə müzakirələr və ya dövlət qurumunun nümayəndəsi ilə söhbət ümidlərinizi puç edə bilər.
Günün ikinci yarısında mövqelərinizi daha möhkəm, daha səbatlı edin. Ən kiçik maneə, cılız problem əhvalınızı korlamasın. Məqsədə aparan yol gözləniləndən uzun olarsa, əndişələnməyin.
Axşam saatlarını ailəyə həsr edin.
Oğlaq - intuisiyanıza güvənin. Qarşı tərəfin maraqlarını da nəzərə alın. Məntiqə xəyanət etməyin. Rəqəmlər, faktlar, hesablamalara xüsusi diqqət yetirin. Mübahisəli məqamları tərəfdaşlar, şəriklərlə müzakirə edin.
Günün ikinci yarısında çalışdığınız yerdə rəhbərliklə münaqişə yaratmayın. Səhvlər və yanlışlıqlar fəaliyyətinizdə geriləmələrə səbəb olmamalıdır. Sevdiyiniz insana hədiyyə verin.
Axşam saatlarını dəyər verdiyiniz insanlara sərf edin.
Dolça - günün ilk yarısından problemlərin və qayğıların sayı artacaq. İşinizlə bağlı məsələlərdə qəfil çətinlik istisna deyil. Tələskənliyə yol verməyin. Problemi həll etmək üçün bilikli və təcrübəli insanların məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında rəqiblərdən biri sizi sınağa çəkmək istəyəcək. Yaxınlarınızla və qohumlarınızla təmaslarda səmimi, qayğıkeş olun. Qohumlardan birinin yardıma ehtiyacı var. Neqativ emosiyaların hərəkətlərinizi idarə etməsinə imkan verməyin.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Balıqlar - proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin. Belə kontrol hissi illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin.
Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay yaşanacaq. Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.
Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda yoxdur.
Milli.Az
Sabah qar yağacaq - Xəbərdarlıq
Lalə Şövkətin bacısı oğlu qəfil vəfat edib - FOTO
Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlanıb
Məhkəmə hərbi ekspertlə bağlı qərar verib
"Azərişıq" ASC-nin rəhbəri növbəti dəyişikliyiə imza atıb
Suriya ordusu Hələbdə kürd silahlılarına zərbə endirir: "Silahı yerə qoyun, yoxsa..." (Yenilənib)
Rasim Məmmədov azadlığa çıxmaq istəyir
Vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərilib
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - İzahat
Məşhur müğənninin qanında narkotik üzə çıxdı
"Azərişıq" ASC-nin İdarə rəisi vəzifə azad edilib - Yeni təyinat
Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub
Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarəti müzakirə edir - Paşinyan açıqladı
"Fənərbağça"nın qolkiperi "Kasımpaşa"ya transfer olunub
Rusiyada vertolyot qəzaya uğrayıb - Ölənlər var
Bərdədə silah satmaq istəyən iki nəfər tutulub
“Sahil Park”ın Sumqayıt layihəsində reklamla reallıq arasındakı böyük fərq: mənzil neçəyə satılır? - ARAŞDIRMA
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Məşhur reper Elşad Xose həbs olunub - Söyüşə görə
25 min qızıl gül, 25 min Xrizantema, 40 min Primula... - Bakı Yaşıllaşdırma İdarəsi gül alır
Sabah qar yağacaq - Hava proqnozu
İlham Əliyev Külək Elektrik Stansiyasının rəsmi açılışında mühim mesajlar verdi - TAM MƏTN, FOTOLAR
ABŞ sərhədə hasar çəkir - 804 kilometr uzunluğunda
"Bloger" saxlanıldı - 16 min manatlıq dələduzluq
Deputat: “Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib” - VİDEO
Şəhriyar 3 milyon, Teymur 2 milyona yaxın pul qazanıb
Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
DİN başçısı: "Maduro ayağından, arvadı başından yaralanıb" - Əməliyyatda 100 nəfər öldürülüb, 100-dən çox yaralı var
ABŞ-da kilsəyə hücum: iki nəfər ölüb, altı nəfər yaralanıb
Arvadına mesaj yazanı əvvəl zorlayıblar, sonra isə üzr istəyiblər... - Lənkəranda kuryoz hadisə
Baş Prokurorluq vergi müfəttişinin əməli barədə açıqlama yaydı
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
Tərtərdə narkotik və silah satmaq istəyən keçmiş məhkum saxlanılıb
Rusiyaya qarşı yeni sanksiyalar qəbul edildi - Tramp qanun layihəsini təsdiqlədi, ucuz neft alan ölkələr cəzalandırılacaq
Vərəm xəstələri üçün hemodializ kabineti yaradılıb
"Həmin toyda nə deputatı gördük, nə də ona əmi kimi.." - Müğənni müzakirələrə səbəb olan dəbdəbəli toydan danışdı
Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşdü
"O, 400 mini “Holluvud” restoranım üçün istədi" - Şərurlu İsfəndiyardan sabiq icra başçısına ağır ittiham
Günel Nəbiyeva yeni vəzifəyə təyin olundu
"Beşiktaş" daha bir futbolçu ilə vidalaşdı
Daxili savaşa sürüklənən İrana ABŞ-dan sərt xəbərdarlıq: "Tramp sizi gecə əməliyyatı ilə cəzalandıra bilər" - FOTOLAR
Cəbrayıl və Füzulidə yanğınlar başlayıb - FHN açıqlama yaydı
İstanbulda qorxunc mənzərə - Narkotik qəbul edən yeniyetmələr "zombi"yə çevrildilər (FOTO)