02-07-2014 [22:54]
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev artıq 10 ildən çoxdur ki, icra başçısı postunda çalışır. Onun icra başçısı kimi ilk iş yeri paytaxtın Nizami rayonu olub, 2005-ci ildə isə ona yenidən etimad göstərilib və Nərimanov rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Buna qədər isə o, irili-xırdalı bir sıra vəzifələrdə çalışıb, bu siyahıda Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi işləmək də var, Naxçıvanda jurnalist kimi özünü sınamaq da, Gənclər və idman Nazirliyində yüksək posta sahiblənmək də…
Bütün bunları sadalamaqda isə məqsədimiz odur ki, yazının qəhrəmanı haqda daha dolğun təəssürat yarada bilək. Çünki bu şəxs yaxın zamanlarda olduqca mühüm və yüksək dövlət postuna təyin oluna bilər. Hər halda daxil olan məlumatlarda Abdin Fərzəliyevin Prezident Adminstrasiyasında vəzifəyə getmək istəyində olduğu bildirilir. Bu haqda daha təfərrüatlı bir qədər sonra, hələliksə Abdin Fərzəliyevi daha yaxından tanımağa çalışaq….
Qısa təqdimat:
Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Kimya-biologiya» fakültəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışıb. 1993-cü ilin fevral ayından noyabr ayına qədər «Əlincə» Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində çalışıb.
1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.
2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirmişdir.
2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.
Evlidir. 2 övladı var.
Prezident ailəsi ilə qohumluq onun gücünü artırdı…
Abdin Fərzəliyev əslində hər zaman hakim komandada qəbul olunan şəxslərdən hesab olunub. Bununla belə onu yalnız tanıyıblar, Abdin Fərzəliyev heç zaman nə böyük təsir imkanlarına sahiblənə bilib, nə də hansısa hakim komandanın güclü dəstəyini qazana…
Elə bu səbəbədən də onun karyerasının "ən uca zirvəsi” paytaxt rayonlarında icra başçısı olmaqdan o yana keçməyib. Halbuki, Abdin Fərzəliyev kifayət qədər iddialı bir şəxsdir və necə deyərlər, "onun gözləri həmişə yüksəkliklərdə olub”. Bununla belə icra başçısının karyerasında əhəmiyyətli şəkildə yüksəliş əldə etmək arzuları bu günə qədər realaşmayıb. Bu isə onun hakimiyyət düşərgəsində özünə bəzi "düşmənlər” qazanması ilə izah oluna bilər. Amma ötən illərlə müqayisədə Adbin Fərzəliyev indi daha güclü sayıla bilər. Bu isə hər şeydən öncə onun prezident ailəsi ilə qohumluq əlaqələrinə malikliyi ilə izah olunmalıdır. Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qızı dövlət başçısı İlham Əliyevin bir neçə il əvvəl dünyasını dəyişmiş bibisi Şəfiqə xanımın nəvəsi ilə ailə qurub. Mövcud hakimiyyətinin xarakterini nəzərə aldıqda isə bu üstünlük kifayət qədər böyük silah sayılır. Görünür, elə bu səbəbdən də Abdin Fərzəliyev hazırda hakim düşərgədə daha çox ciddiyə alınır. Onun yeni və daha böyük post uğrunda gizli mübarizəyə start verməsinin kökündə də məhz həmin faktorun dayandığını istisna etmək olmaz.
Yerigəlmişkən, bir məqamı da unutmaq olmaz və bu məqam Abdin Fərzəliyevi digər icra başçılarından üstün mövqedə olmasının təsdiqidir, ki….
O, Putinin orden verdiyi yeganə icra başçısıdır…
Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin bir neçə il bundan öncə gözlənilməz bir olaya imza atdı. Belə ki, həmin ərəfədə rəsmi Moskva ilə Azərbaycan hökuməti arasında "soyuq küləklərin” əsdiyi bir zamanda Putin gözlənilmədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevi «Dostluq» ordeni ilə təltif etdi. Nəzərə almaq lazımdır ki, buna qədər nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi yox idi.
Qeyd edək ki, "Dostluq” ordeni iki ölkə arasında əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayan şəxslərə verilir. Azərbaycanda bu ordenlə təltif olunan şəxslər, çox iri ranqlı və ya Rusiya ilə bir başa əlaqəli adamlardır. Onların adlarına nəzər salmaq, bu ordenin bir icra başçısı üçün necə yüksək qiymət olduğunu göstərməyə kifayət edər: Nərgiz Paşayeva – Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor; Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri; Aslan Aslanov – Azərbaycan Dövlət Telerqraf Agentliyinin – AzərTAc-ın baş direktoru; İlqar Paşazadə – "Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycandakı Milli nümayəndəliyinin direktoru; Cahangir Əsgərov- Azərbaycan Hava Yolları” Dövlət Konserinin Baş direktoru Murtuz Ələsgərov – Milli Məclisin sabiq sədri, professor
Bu sıranı davam etdirən isə məhz Abdin Fərzəliyev oldu.
Onun "Hüseyn Abdullayev problemi”…
Bununla belə, Abdin Fərzəliyevin tərcümeyi-halında hazırkı hakimiyyətin nəzərincə onun əleyhinə işləyən məqamlar da yox deyil. Bunlardan başlıcası isə icra başçısının hazırda Avropada mühacir həyatı yaşayan hüseyn Abdullayevlə isti münasibətlərə malik olmasıdır. Saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, bu faktor bir neçə dəfə yüksəlmək eşqiylə alışıb-yanan Abdin fərzəliyevə ciddi başağrısı olub.
Onun hakim düşərgədəki, əsas rəqibi isə ARDNŞ rəhbəri Rövnəq Abdullayevdir. Belə ki, məlum Hüseyn abdullayevlə Rövnəq Abdullayevin Nizami rayonunda üz-üzə gəldiyi seçkilər vaxtı adıçəkilən rayonun icra başçısı məhz Abdin Fərzəliyev olub. Həmin vaxt əlində olan bütün imkanlarla Hüseyn Abdullayevə gizli şəkildə dəstək verən Abdin Fərzəliyev indi də bunun acısını çəkməkdədir. Bununla belə, Abdin Fərzəliyev xeyrinə olan hazırki sitiuasiyadan yararlanaraq çoxdan təmin etmək istədiyi yüksəlişini reallaşdırmağa çalışır.
Prezident Adminstrasiyasında iş istəyir…
Mənbəmizin sözlərinə görə, Abdin Fərzəliyev bir müddət öncə Bakı merliyi uğrunda aparılan gizli mübarizənin iştirakçılarından biri olsa da sonradan niyyətindən daşınıb. Ona konkret olaraq bildirilib ki, bu iş mümkün deyil və bu səbəbdən də Abdin Fərzəliyev bu savaşdan ayrılıb. Onun hazırda Prezident Adminstrasiyasında mühüm bir vəzifəyə təyinat almağa çalışdığını iddia edən mənbəmiz bunun mümkünlüyünə də inanır: "Əvvəla, Abdin Fərzəliyevin əleyhinə hər hansı ciddi kompromat yoxdur. Digər tərəfdən isə son illər hakim düşərgədəki mövqeyini əgəmiyyətli şəkildə möhkəmlətməyi bacarıb ki, bu da ona əlavə üstünlüklər qazandırır”.
Şahmat "dili” ilə ifadə etsək, hər halda bu günə qədər "piyada”nın "vəzirə” çevrilməsinin dəfələrlə şahidi olmuşuq. Amma bu kambinasiya bu dəfə də uğurla təkrarlanacaqnmı, hesab edirik ki, əsas sual budur. Hər halda gözləyək….
Savash.org
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)