“Trabzonspor” Ozan Tufanla anlaşıb

img

21-06-2024 [20:12]


“Trabzonspor” “Hall Siti”də çıxış edən Ozan Tufanı heyətinə qatır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qara dəniz komandası Ozan Tufanla 3+1 illik müqavilə imzalamaq üzrədir.

Məlumata görə, hazırda təcrübəli yarımmüdafiəçi Ozan Tufanın transferi ilə bağlı "Trabzonspor"un prezidenti Ərtoğrul Doğanla "Hall City"nin prezidenti Acun Ilıcalı arasında danışıqlar son mərhələyə daxil olub: "Güman ki, tərəflər bir-iki gün içində razılığa gələcək. Bundan sonra "Trabzonspor" vaxtilə "Fənərbağça"da da çıxış edən Ozan Tufanla 3+1 il müddətinə rəsmi müqaviləni imzalayacaq".

Türkiyə mediası yazır ki, hazırkı bazar dəyəri 2,8 milyon avro olaraq göstərilən Ozan Tufanın "Hall Siti" ilə 2025-ci ilə qədər müqaviləsi var.

29 yaşlı futbolçu "Hall Siti"də 40 matçda forma geyinib, 10 qol atıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA