"Beşiktaş"dan Vlahoviçlə bağlı - Açıqlama

\"Beşiktaş\"dan Vlahoviçlə bağlı - Açıqlama

İDMAN

Bugün, 00:26

"Beşiktaş" Klubu "Fənərbağça" ilə oyunda rəqib futbolçu ilə dava edən  Dusan Vlahoviçin Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurasında (PFDK) cəzalanma ehtimalına sərt etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirlib ki, "Fənərbaxça" ilə oyun zamanı rəqibi ilə mübahisə etdiyinə görə Duşan Vlahoviçin Türkiyə Futbol Federasiyasının Hüquq departamenti  tərəfindən cızalandırılmaq məqsədiylə Peşəkar Futbol İntizam Şurasına material göndərilməsi qəbuledilməzdir::

"Ən əsası, oyunçumuzu oyun boyu hərəkətləri və sözləri ilə təhrik edən rəqib komandanın oyunçusu intizam şurasına göndərilmədiyi halda, Duşan Vlahoviçin intizam şurasına göndərilməsi anlaşılmazdır. Türkiyə Futbol Federasiyasından soruşuruq: Əgər bu yönləndirmə qərarı yayımçının görüntüləri əsasında verilibsə, yayımçı sizə yalnız bizim futbolçumuzun görüntülərini təqdim edibmi?".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR