PARLAMENT BURAXILIR: Ölkə növbədənkənar seçkiyə gedir - Deputatlar Prezidentə müracət edib (Yenilənb)
SİYASƏT
21.06.2024, 12:02
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb.
Mia.az xəbər verir ki, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.
Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.
***
Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət hazırlayır.
Mia.az xəbər verir ki, müraciətin mətnini deputat, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov (Babaoğlu) oxuyub.
Daha sonra Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.
Adil Əliyev komissiyasının sədri, Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olublar.
Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.
***
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.
Mia.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova deyib.
O bildirib ki, toplantının gündəliyindəki ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə olacaq: "Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsinin məqsəduyğun olması düşünürəm ki, hamıya aydındır. Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə şərait yaradılacaq. Digər tərəfdən beynəxalq tədbirlərə hazırlıq işlərinin görülməsi, həmin tədbirlərin keçirilməsi ilə əlaqədar infrastruk, nəqliyyat, eləcə də təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır. Bu baxımdan parlament seçkilərinin demoktratik prinsiplərə uyğun şəkildə təşkil olunması, vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakı, səsvermədə öz iradəsi və azad ifadə etməsi təmin olunması dövlətin əsas vəzifələrindən biridir. Bütün bunları nəzərə alaraq Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar mənə müraciət edərək növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş ediblər".
***
İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP-dan Mia.az-a verilən xəbərə görə, iclasın gündəliyi barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edilmiş, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatlar uğurla və ardıcıl şəkildə həyata keçirilmişdir: “Bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunmuşdur. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə qanunsuz silahlı birləşmələr zərərsizləşdirilmiş, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir, doğma yurd-yuvasından didərgin salınaraq illərlə məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş soydaşlarımız ləyaqətli şəkildə əzəli torpaqlarına qayıdırlar. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkiləri milli birlik və həmrəyliyimizin növbəti təzahürü olmuşdur”.
YAP Sədrinin müavini vurğulayıb ki, ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının daha da güclənməsinə növbəti dəfə 2023-cü ilin dekabrında şahidlik etdik: “Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübəyə malik olmasını, həmçinin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edərək iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirməsini nəzərə alaraq, COP29-un da ən yüksək səviyyədə keçiriləcəyinə və yeni uğura imza atılacağına əminik. Bu tədbirlər on minlərlə xarici qonağa Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli fürsət olacaqdır”.
Tahir Budaqov əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.
Sonra YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova parlament seçkilərinin önə çəkilməsinin məqsədəuyğunluğunu əsaslandıraraq məsələyə münasibət bildiriblər.
Yekunda Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
***
Yeni Azərbaycan Partiyası (YAP) bu gün mətbuata qapalı iclas keçirib.
Mia.az xəbər verir ki, iclasda oktyabrda gözlənilən növbədənkəanr parlament seçkiləri ilə bağlı müzakirə aparılıb.
Xəbərdə iddia olunur ki, YAP rəhbərliyi partiya üzvü olan deputatlara növbədənkənar seçki və parlamentin buraxılması ilə sabahkı iclasda gözlənilən qərarla bağlı müvafiq tapşırıqlar verib.
Samir Musayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: "Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir və..."
Bugün, 18:25 GÜNDƏM
-
İcra Hakimiyyətində kadr dəyişikliyi olub
Bugün, 18:05 CƏMİYYƏT
-
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Bugün, 18:02 KRİMİNAL
-
Türkiyə yeni komando birlikləri yaradır: "Daha çevik, daha sürətli..."
Bugün, 17:38 GÜNDƏM
-
Azərbaycan və Rusiya Hökumətlərarası Dövlət Komissiyası toplandı - Zəngilanda nələr müzakirə olunub? (YENİLƏNİB)
Bugün, 17:15 GÜNDƏM
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
Bugün, 17:10 İQTİSADİYYAT
-
Müslüm Cabbarzadə nazir müavini təyin olunub - Sərəncam
Bugün, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ermənistandan Azərbaycana nə gəlir? - Gömrükdən açıqlama
Bugün, 16:54 İQTİSADİYYAT
-
Onlara vəzifələr verildi - Agentlikdə yeni təyinatlar + FOTO
Bugün, 16:36 CƏMİYYƏT
-
İnsan niyə pis hadisələri daha tez xatırlayır? - Psixoloq Vüsalə Rüstəmdən açıqlamalar
Bugün, 16:25 CƏMİYYƏT
-
Sahibə Qafarova Matviyenko ilə görüşdü - İstanbulda
Bugün, 16:22 SİYASƏT
-
"Azərkosmos"la bağlı qərar verildi
Bugün, 16:07 İQTİSADİYYAT
-
Ərdoğan Matviyenkonu qəbul etdi – Türkiyədə + FOTO
Bugün, 15:55 GÜNDƏM
-
“Sumqayıt”da radikal qərar: futbolçuların maaşı kəsildi
Bugün, 15:49 İDMAN
-
ABŞ SURİYADAN RƏSMƏN ÇƏKİLDİ – Son hərbi baza da İraqa köçürüldü
Bugün, 15:35 GÜNDƏM
-
“Space”in icraçı direktoru aparıcıya elə cavab verdi ki... - "Nə olsun ki, şəhid qızısan?”
Bugün, 15:27 PRESS
-
Azərbaycan Rusiya ilə yeni sənədlər imzalayıb
Bugün, 15:24 GÜNDƏM
-
Deputata "Şöhrət" ordeni verildi - Sərəncam
Bugün, 15:22 GÜNDƏM
-
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Bugün, 15:02 SİYASƏT
-
İlham Əliyev və birinci xanım Türkiyədə - FOTOLAR
Bugün, 14:54 GÜNDƏM
-
Məşhur aktrisa ifşa oldu: günü 7500 manata fahişəlik, yoxsa… - Mesajlar yayıldı
Bugün, 14:40 ŞOU-BİZNES
-
May ayında neçə gün iş olmayacaq?
Bugün, 14:28 CƏMİYYƏT
-
Dövlət Baxçalı daha bir təşkilatı ləğv etdi - Səbəb izah edilməyib
Bugün, 14:12 SİYASƏT
-
Türkiyə–İsrail qarşıdurması böyüyür: ABŞ və NATO dilemma qarşısında - TƏHLİL
Bugün, 14:07 SİYASƏT
-
Xaricdə oxuyan 255 nəfərin diplomu tanınmadı
Bugün, 14:03 GÜNDƏM
-
Milli Məclislə Mərakeş Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 13:47 SİYASƏT
-
Pakistan XİN: “ABŞ və İran danışıqlara hazırdırlar, lakin…”
Bugün, 13:09 GÜNDƏM
-
"Azərbaycanla Ermənistan arasında ticarətin birdən-birə bərpasını gözləmək düzgün deyil, lakin..." - TƏHLİL
Bugün, 12:48 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:37 CƏMİYYƏT
-
“Bavariya”nın qolkiperi: “Arda Gülər istedadlı futbolçudur”
Bugün, 12:21 İDMAN
-
Türkiyədə bir partiya dağıldı – Məhkəmə ləğv qərarını təsdiqlədi
Bugün, 12:10 SİYASƏT
-
İsrail təsdiqlədi: Livan lideri ilə telefon danışığı olacaq!
Bugün, 12:00 GÜNDƏM
-
Rövşən Nəcəf Dövlət Departamentinin baş müşaviri ilə müzakirə apardı
Bugün, 11:57 İQTİSADİYYAT