AK Partiyadan Özgür Özələ cavab gecikmədi: "Cumhur İttifaqında bağlar sarsılmazdı"

img

13-06-2024 [17:28]


"CHP sədri cənab Özgür Özəlin Cumhur İttifaqının birlik və bütövlüyündə problem olduğunu düşünməsi əbəsdir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, b sözləri Prezident Ərdoğanın lideri olduğu AK Partiya sözçüsü Ömər Çelik deyib.

O bildirib ki, CHP sədrinin ittifaq üzvü olan partiyaları ortaq adlandırması da sayğız münasibətdir: "Cumhur İttifaqı güclü birliklə yoluna davam edir".

Xatırladaq ki, Ərdoğanın CHP-yə getməsindən sonra MHP lideri Baxçalının açıqlamaları ittifaqın dağılmasının başlancığı kimi yozulur. Özgür Özəl də bunu nəzərə alaraq, Baxçalıya "gəl, bizim ittifaqa" deyə çağırış edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR