Baş nazir: "Türkiyə öz bölgəsində mühüm oyunçudur"

img

13-06-2024 [14:52]


"Türkiyə İspaniya üçün əsas iqtisadi tərəfdaş və regionunda mühüm oyunçudur. İspaniya və Türkiyə hər sahədə ən mükəmməl əlaqələrə malik iki ölkədir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İspaniyanın Baş naziri Sançes Madriddə Türkiyə lideri Ərdoğanın da iştirakı ilə keçirilən Türkiyə-İspaniya Biznes Forumunda çıxışında deyib.

Baş nazir bildirib ki, ispan şirkətləri Türkiyə iqtisadiyyatının möhkəmliyini yüksək qiymətləndirirlər: "Biz Türkiyəyə hər zaman güvənmişik. Bunun üçün çox möhkəm təməllərimiz var. Bəziləri Türkiyədən çəkilərkən biz sərmayələrimizi ikiqat artırdıq. Biz bu etimadı qoruduq. Türkiyə iqtisadi çəkisini və əhəmiyyətini artırmağa davam edəcək".
 
Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb