“El” Hərəkatı ciddi şəkildə qurultaya hazırlaşır

img

02-07-2014 [12:13]



"El” Hərəkatının yaranmasından bir ildən də çox vaxt keçməsinə baxmayaraq təşkilat hələ də öz qurultayını keçirə bilməyib. Təşkilatın rəsmiləri dəfələrlə mətbuata açıqlamalarında qurultay keçirməkdə israrlı olduqlarını bildiriblər. Bəs qurultaya hazırlıq işləri nə yerdədir?

Hərəkatın sədr müavini Köçəri Nağıbəyli Modern.az saytına açıqlamasında bu barədə danışıb. O, qurultaya ciddi hazırlıq işlərinin getdiyini bildirib.

Onun sözlərinə görə təşkilat artıq müyyən addımlar atmaqdadır və qurultay sentyabr-oktyabr aylarına planlaşdırılır. ""El" Hərəkatı qurulyatının payızda, sentyabr - oktyabr aylarında keçiriləcəyi gözlənilir. Biz bu barədə açıqlama vermişik. Onu əlavə edə bilərəm ki, bu istiqamətdə ciddi işlər aparırıq”,-deyə K. Nağıbəyli qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA