ATƏT-in tədbirində kitab paylandı - FOTOLAR

img

30-06-2014 [14:24]


ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasında Jurnaılist Ekspert Mərkəzi (JEM) kitab aksiyası keçirib.  

Mia.az xəbər verir ki, JEM sədri Ceyhun Musaoğlu 18 yazarın ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət "Bizim hekayələr sizin dildə” - ("Our stories in your language”) kitabını ATƏT-in tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici qonaqlara, xüsusən də parlamentarilərə paylayıb.     

Qonaqlar bu aksiyadan olduqca razı qalıblar. Hətta bir neçəsi fasilədə bəzi hekayələri oxuduğunu və bəyəndiklərini bildiriblər. Bir neçə xarici qonaq isə kitablardan daha çox götürüb. Onlar bildiriblər ki, bu kitabları ölkələrində həmkarlarına hədiyyə edəcəklər.     

"Bizim hekayələr sizin dildə” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə JEM-in "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” layihəsi çərçivəsində nəşr olunub. 

  Kitab azərbaycanlı oxucular tərəfindən də böyük marağa səbəb olub.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA