Deputat: "Bəllidir ki, “MC Donald’s”ın satdığı məhsullar zərərlidir..."
31-05-2024 [17:27]
“Təbii ki, “MC Donald’s” bizə müharibədə dəstək olsaydı, daha yaxşı olardı. Praktiki “MC Donald’s”ın bütün dünyada şəbəkəsi var. Bizdə azad rəqabətli bazar iqtisadiyyatıdır. Yəni şirkət gəlib ölkəmizdə fəaliyyət göstərir, öz məhsulunu istehal edir və satır. Vergilərini də ödəyir, eyni zamanda bu şəbəkədə minlərlə insan çalışır. Yaxşı, bu şəbəkələr bağlansa, axı həmin insanlar işsiz qala bilərlər. Bəs bu barədə düşünmürük? Bəli, bütün dünyaya bəllidir ki, “MC Donald’s”ın satdığı məhsullar zərərlidir, kökəlməyə səbəbdir. Belə məhsulları yemək müsbət hal deyil. Mən özüm də təsadüfən ayda bir dəfə, iki aydan bir “MC Donald’s”a gedib nəsə yeyirəm. Məsələn, qamburger. Xoşuma gəlir, gedirəm. Kim yemək istəmirsə, kökəlməkdən qaçırsa, zərərli tərəfini düşünürsə, yeməsin. Bu, azad seçimdir. İnsan özü bilər, “MC Donald’s”a, “KFC”yə gedər, yaxud türk, Azərbaycansayağı restoranlara. “MC Donald’s”ı ən çox tənqid edən elə Amerikanın özüdür. Kanada şirkəti olsa da, kökünün bir hissəsi Amerikadadır. Amma baxın, tənqid edirlər, yenə də bağlamırlar. Yəni “MC Donald’s”ın Azərbaycanda bağlanması məsələsini qaldırmaq düzgün deyil. Düşünmək lazımdır ki, bunun müsbət və ya mənfi tərəfləri nədir”.
Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Bakıda “MC Donald’s”ın yeni filialının açılmasına qarşı səslənən etirazlara münasibət bildirərkən deyib.
Deputat xatırladıb ki, dünyada tanınmış, təxminən, 5 mindən yuxarı şirkət Azərbaycanda fəaliyyət göstərir: “Eşitməmişəm ki, bunların əksəriyyəti Vətən müharibəsi dövründə aktiv şəkildə Azərbaycandan tərəf olsunlar. Dünyada tanınmış bəzi xarici şirkətlər müharibədən qabaq Qarabağ ərazisində bizim resurslarımızı qanundankənar istismar ediblər.
Məsələn, onların arasında ən birincisi məşhur qızıl saat brendləri və qızıl əşyalar istehsal edən şirkət də var. Adını çəkmirəm, çünki aldığım məlumata görə, hazırda hüquqi müstəvidə işlər gedir. İlk növbədə bunlarla mübarizə aparmaq lazımdır. Onda Dövlət Vergi Xidmətindən bu şirkətlərin siyahısını götürək, bir-bir onları yoxlamağa başlayaq ki, müharibədə bizə dəstək olublar, ya yox. “MC Donald’s” və ya digər şirkətlərin bağlanması, yaxud onları boykot etmək bizim milli maraqlarımıza sərf edir?
Bir neçə müsəlman ölkəsində bir ara fransız şirkətlərinin məhsullarını boykot etdilər, məhsullar alınmadı, satış üç-dörd dəfə azaldı. Elədirsə, o formada düşünək. Hansısa şirkətləri hədəfə götürürüksə, düşünməliyik ki, hansından daha çox faydalana bilərik? Bağlanmasından, yaxud fəaliyyət göstərməsindən?
İşsiz qalan insanlara kim necə izah edə biləcək ki, bu sənin problemin yox, milli problemdir. Bütün bunlar mənim şəxsi fikirlərimdir”.
MİA.AZ
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO