Xankəndiyə yeni prokuror təyin olunub - O, kimdir?

img

20-05-2024 [14:45]


Xankəndi şəhər prokuroru vəzifəsinə təyinat olub.

Mia.az xəbər veirr ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Rəşadət Orucov bu vəzifəyə təyin edilib.

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşad Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğu yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR