İsrail Misirlə sərhəddə yeni əməliyyata başlayıb - Rəfahda məhəllələr boşaldılır

img

06-05-2024 [09:37]


İsrail ordusu Qəzzanın Misirlə sərhədində yerləşən Rəfahın şərqi cinahında yeni əməliyyata başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq 1.5 milyondan çox köçkünün sığındığı Rəfah şəhərinin şərqindəki məhəllələrdən əhali zorla təxliyyə olunur.

İsrail Dövlət Televiziyası KAN-ın xəbərinə görə, ordu bununla yanaşı, ordakı əhaliyə müraciət edib: "Bu məhəllərlərdə yaşayan əl-Məvasi və Xan Yunisdəki humanitar bölgələrə gedin. Orada sizi təhlükəsizl həyat gözləyir".

Xatırladaq ki, İsrailin müdafiə naziri Yoav Gallant dünən HƏMAS hərəkatının Təl-Əviv hökuməti ilə əsir mübadiləsi razılaşmasından yayındığını əsas gətirərək Refaha yeni hücum başladacaqlarının anonsunu vermişdi.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR